Düpyüitren kontrakturası

Düpyüitren kontrakturası
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Düpyüitren kontrakturası əl pəncəsi vətərlərinin ağrısız çapıqlaşma və qısalması olub, əl barmaqlarının funksiyalarının itirilməsi və deformasiyası ilə müşayiət olunan xəstəlikdir.Xəstəlik ən çox kişilərdə, 45 yaşından sonra meydana çıxır. Səbəblərdən genetik meyli göstərmək olar. Xroniki travmatizasiya, barmaqlarda qidalanma pozğunluğu risk faktorlarına daxildir. Dəqiq səbəbləri hələ də məlum deyil.



Simptomlar:

Ovucda düyünlər və qalınlaşmalar

Dəri altında sallanmalar əmələ gəlir və onlar tədricən qalınlaşır

Ağırlaşmış barmaqlar qatlanmır

İrəliləmiş mərhələdə barmaqlarda hissiyyat itmiş olur



Bu xəstəlikdə ovuc aponevrozunun çapıqlaşması prosesi gedir- barmaqların dərisi altında olan birləşdirici toxumadan ibarət plastinlər. Xəstəlik tədricən inkişaf edir və bir neçə mərhələdən ibarətdir:

İlk mərhələdə barmaqların içəri səthində düyün və sallanmalar yaranır, barmaqların hərəkətliliyi normaldır

İkinci mərhələdə barmaqlar yaranmış sallanmalara görə dartılır və oynaqlarda 90 dərəcə bucaq altında bükülür

Üçüncü mərhələdə barmaqlar 90 dərəcədən artıq bükülmüş olur, hərəkəti çox çətinləşir, barmaqların hissiyatı azalmış olur. Dəri çatlayaraq perqamentə bənzəyir.

 

Proqnoz: müalicəsiz xəstəlik inkişaf edir. Bir və ikinci mərhələlərdə cərrahi müalicə ilə barmaqların funksiyasını tam bərpa etmək olur.

Ağırlaşmaları oynaqlarda tam hərəkətsizlik və geri qayıtmayan hissiyat pozğunluğudur.

Diaqnostika həkim-ortopedin  müayinəsi və əl pəncəsinin rentgenoqrammasına əsasən qoyulur.

Müalicə ilə ortoped-cərrah məşğul olur. Xəstəliyin erkən mərhələlərində konservativ müalicəyə massaj, müalicəvi gimnastika, fizioterapiya, gips və ya şina vasitəsilə korreksiya, isti vannalar daxildir. Erkən mərhələlərdə aparılan cərrahi əməliyyat oynaqların tam bərpa olunmasına şans yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!