Qulaqlar ürəkdəki pozulmalardan xəbər verə bilər...

Qulaqlar ürəkdəki pozulmalardan xəbər verə bilər...
Xəstəliklər və müalicəsi
10.09.2017 33
1973-cü ildə həkim Sanders Frank qulaq mərcəyində büküşün olmasını
ürəyin tac damarlarında aterosklerozun inkişafı ilə əlaqənin olmasına
fikir verib.

Bu nə deməkdir?

Həkim fikir verib ki, qulaq mərcəyində büküşü olan bir çox
insanların tac damarlarında aterosklerozun inkişafı müşahidə olunur.
Ateroskleroz zamanı damarların daxilində yağa bənzər maddə xolesterin
yığılır ki, bu da damarları daraldır, onların elastikliyini pozur. Şah
damarlarda aterosklerozun olması infarkt kimi ağır pozulmanın
inkişafının riskini xeyli artırır.

Frank əlamətinin mövcudluğu 40
yaşdan aşağı olan insanlarda xüsusilə təhlükəlidir. Araşdırmalar
göstərib ki, bu yaşda olan insanlarda bu əlamətin olması 80% hallarda
aterosklerozdan xəbər verir. Həmçinin araşdırmalar göstərib ki, Frank
əlaməti cavan kişilərdə ani ürək ölümünün xəbərçisi ola bilər.

Təbii ki, Frank simptomunun olması heç də 100% hallarda ürəkdə olan
ciddi problemlərə işarə etmir. Lakin risk var. Bu səbəbdən əgər siz
özünüzdə Frank simptomunu müşahidə etmisinizsə, mütləq kardioloqa
müraciət edin və lazım olan müayinələrdən keçin. Bununla siz öz
sağlamlığınızı və hətta həyatınızı qoruya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!