Dilinizə baxaraq özünüzə diaqnoz qoya bilərsiniz - Bəs necə?

Dilinizə baxaraq özünüzə diaqnoz qoya bilərsiniz - Bəs necə?
Xəstəliklər və müalicəsi
10.09.2017 48
Mütəxəssislər
dilin vəziyyətinin - onun rənginin və formasının bir çox xəstəliyin
diaqnozunun qoyulmasında yardımçı olduğunu bildirir.

 

Siz də aynanın qarşısına keçib öz dilinizə baxaraq, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.

 

Dilinizin altındakı damarlar həddən artıq gözə çarpırsa, deməli, şəkər və duzdan həddən artıq istifadə edirsiniz.

 

Dilinizin üstü tünd qırmızı rəngdədirsə, demək, acıdan və ədviyyatlardan uzaq durmalısınız.

 

Dil həddən artıq quru və solğundursa, bu, orqanizminizi su ilə təmin etmədiyinizi göstərir.

 

Dilin
rənginin tünd olması bədəndə iltihablaşmanın getdiyinə işarə edir.
Ancaq dilin üstü sarı rəngli təbəqə ilə örtülübsə, vəziyyətin daha
təhlükəli olduğunu anlamalı və dərhal həkimə müraciət etməlisiniz.

 

Diliniz çox islaqdırsa, bu, sizin çox yediyinizi, bədəninizdə ödəm olduğunu büruzə verir.

 

Dil
daxili orqanların "güzgü”südür. Odur ki, orqanların vəziyyətini anlamaq
üçün dilə baxmaq kifayətdir. Dilin forması düz olmalıdır, əgər
dilinizin kənarlarında diş izi varsa, bu gələcəkdə qaraciyər və öd
kisəsi ilə bağlı problemlər yaşayacağınızı göstərir.

 

Dilin rənginin solğun çəhrayı olması isə qan çatışmazlığının ilkin əlamətidir. Belə halda, qan artıran qidalar yeməli, kofeindən uzaq durmalısınız.

 

Dilin ucunda hiss edilən dəyişikliklər isə ürək və ağciyər problemlərindən xəbər verə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!