Dünya əhalisi təhlükə içindədir

Dünya əhalisi təhlükə içindədir
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Alimlər gələcəyimizi təhdid edən ən önəmli xəstəliklərdən birinin miyop olduğunu bildirib.

  

Kembric
və Olster Universiteti də daxil olmaqla, 5 ən məşhur təhsil ocağının
professorlarının gəldiyi qənaətə görə, son 5 il ərzində miyop insanlığın
gələcəyini təhdid edə biləcək ən təhlükəli xəstəliyə çevrilib.

 

Belə ki, Avropa və ABŞ-da əhalinin 30-40 faizi miyopdan əziyyət çəkir. İngiltərədə 5-7 yaşlarda olan uşaqların 5 faizi miyopdur.

 

Beş
il öncə Asiya ölkələrində miyopdan əziyyət çəkənlər əhalinin 20 faizini
təşkil edirdisə, indi bu rəqəm 80 faizdir. Gənclərin isə 90 faizi
miyopa yaxalanır.

 

25-29 yaşlarında olan miyop xəstələrinin sayı 55-59 yaşındakılardan çoxdur.

 

Universitet
məzunlarının bu xəstəliyə yaxalanma ehtimalları 16 yaşından sonra
məktəbə getməyənlərlə müqayisədə 2 dəfə daha artıqdır. Alimlər
bunu ağıllı telefon və planşetlərlə əlaqələndirir. Körpəlikdən etibarən
saatlarla süni işıq yayan bu cür cihazlara baxmaq gözü həddən artıq
yükləyir. Mütəmadi olaraq yaxına baxdıqda gözün uzağa baxmaq funksiyası
korlanır, göz tənbəlləşir. Bunun qarşısını almaq üçün gün ərzində mümkün
qədər uzağa baxmaq lazımdır. Kompüter qarşısında əyləşənlər 20
dəqiqədən bir ən az 20 saniyə uzağa baxmalıdırlar.

 

Qeyd
edək ki, alimlər miyopa yaxalananların qısa müddətdə bu qədər
artmasının təkamülün yeni mərhələsinə doğru getdiyimizin əlaməti ola
biləcəyini, 50 il ərzində insanların uzağı görmə funksiyalarını
həmişəlik itirə biləcəklərini deyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!