Bizdən möhkəm yapışan qorxular

Bizdən möhkəm yapışan qorxular
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Qorxu
dedikdə "Vampir" nəzərdə tutulmur. Ya da ki, qapının arxasından kimsə
çıxıb "böö" edəcək anlamına gəlmir. Son zamanlar qorxu barədə çox
düşünürəm və bəzi nüanslar var ki, istəsəm də özümdən uzaq edə bilmirəm.
Ətrafımdakı insanlarada fikir verirəm. Onlarda da bu hiss var və onlar
da mənim kimi...

1. İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur.

2. Özünü sevilməyə layiq görmədiyi üçün sevilməkdən qorxur.

3. Düşünməkdən qorxur, məsuliyyət götürəcəyi üçün.

4. Danışmaqdan qorxur, söz altında qalacağı və əlləşdiriləcəyi üçün.

5. Duyğularını ifadə etməkdən qorxur, qəlbində rədd ediləcəyi qorxusu olduğu üçün.

6. Qocalmaqdan qorxur, cavanlığının qədrini bilmədiyi üçün.

7. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün.

8. Evlənməkdən qorxur, çiyinləri yükü qaldıra bilməyəcəyi qorxusu olduğu üçün.

9. Övlad dünyaya gətirmək qorxusu. Yaxşı gələcək verə bilməyəcəyi qorxusu.

10. Və sonda ölüm qorxusu var ki, əslində yaşamağı bilmədiyi üçün.

Bilmirəm hislərimi necə ifadə
etdim, amma çalışaq qorxmayaq. Çünki həyatda qorxaraq nəsə əldə edə
bilmərik. Qorxularımızın sizli-bizli üzərinə gedək və həll edək ki,
gələcək nəsildə də qorxu yaratmayaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!