Baş beyini xərçəngi - simptomlar

Baş beyini xərçəngi - simptomlar
Xəstəliklər və müalicəsi
10.09.2017 63
İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu ən tez-tez təsadüf edilən simptomdur. 



Baş
ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya
(hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri,
haymorit, travma, bəzi dərmanların qəbulu və s. 

Baş
ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi
zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının
müəyyən xüsusiyyətləri var: 



- ağrı xronikidir 

- güclüdür 

- sıxıcı xarakter daşıyır 

- adi ağrısızlaşdıran preparatlar bu ağrıya təsir etmir 

- ağrı fiziki gərginlik zamanı (fizki iş, idman, öskürək və s.) artır 

-
ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan
yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır. 



Qusma
da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha
tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə
rahatlıq gətirmir. 

Qıcolma
(epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər.
Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən
insanın 20 yaşından sonra əmələ gələrsə, bu çox təhlükəli simptomdur. 



Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir. 



Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu xüsusilə səhərlər baş verir. 



Xəstəlik
inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi
simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər. 



Beyin
xərçənginin əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu
olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin
yaşından və s. amillərdən asılıdır. 



Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!