Kişilər də sonsuzluq

Kişilər də sonsuzluq
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Kişi infertilitəsində (sonsuzluq) əsas hallar:

Spermlərın hərəkət qabiliyyəti

Spermlərın funksiyaları

Sperm hüceyrələrinin sayca kafiliyi

Kanallardan keçidin mümkünlüyü vəziyyəti

Ereksiya problemləri

İnfeksiyalı xəstəliklər

Geriyə boşalma adı ilə bilinən retrograd ejekülasya hadisələri

Hipospadias



Kişi sonsuzluğunun yaranmasına təsir edə biləcək səbəblər:

Siqaretdən istifadə

Alkoqollu içkilərdən istifadə

Varikosel

Müxtəlif dərmanlarla kemoterapiya

Testis şişləri

Genetik faktorlar

Yaşanmış infeksiyalı xəstəliklər

Hidrosel

Kriptoirştizm

Testis zədəsi

Kistik fibroz

Sərtləşmə probleminin yaşanması

Sistemik xəstəliklər

Tıxanıqlığa səbəb ola biləcək səbəblər



Kişilərə bağlı infertilite (sonsuzluq)
səbəbləri araşdırılarkən sadə spermiogram testi ilə araşdırmalara başlanılır. Keçirilmiş bəzi əməliyyatlar və dərman müalicələri spermlərin inkişafına mənfi təsir göstərə bilər. Bunun üçün kişinin xəstəlik tarixçəsi ətraflı nəzərdən keçirilir. Ailəsində sperm yaranmasında problem olanlar, ereksiya problemi olanlar, spermanın keyfiyyətsizliyi, az olması kimi hallar araşdırılır. Müalicə başlanılır. Bəzi dərmanların qəbulu spermlərin keyfiyyətinin artmasına və sayca çoxalmasına şərait yaradır. Bütün bunlar həkimin müşahidəsi altında həyata keçirilir.

Əgər azospermi halları mövcuddursa TESE kimi cihazlarla spermlərə yaxınlaşıb tüp körpə müalicəsinə keçmək olar. Bu tip sperm pozğunluğu və yoxluğunda çətin şəraitdə əldə edilən spermlər dondurulur və qanun çərçivəsində yeni embrionlar üçün istifadə edilə bilər.

Həyat tərzi və yaşayış şəraiti kişi nəsilartırma sisteminə təsir edəcək ən əsas amillərdir. Gecə həyatının sıxlığı, pis vərdişlər, bilməyərəkdən istifadə edilən bir sıra dərmanlar və nizamsız qidalanma bu yöndə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Kişiyə bağlı sonsuzluğa səbəb həm də stresli həyat mühüm rol oynayır. Yorucu işlərdə çalışan fərdlər həyat şərtlərinə biganə qalsalar sperm istehsalında çətinliklər meydana gələcək. Yüksək iş tempi, stress, alkoqol və siqaretdən istifadə, yuxu pozğunluğu kimi məsələlərdən uzaq durmaq və daha rahat həyat şəraitinə keşmək lazımdır.

Kişiyə bağlı infertilite (sonsuzluq) səbəblərindən biri də tıxayıcı səbəblərin varlığıdır. Müxtəlif infeksiya xəstəlikləri, deferns tıxanıqlığı kimi vəziyyətlərdə müşahidə olunur. Spermləri analız edərkən uroloq həkim spermlərin az və keyfiyyətsiz olduğunu müəyyən edərsə o bütün problemləri araşdıracaq və xəstəyə lazımi nəticələri əldə etmək üçün yardım edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!