Qadın sonsuzluğunda borular və uşaqlıq kanalları ilə əlaqəli problemlər

Qadın sonsuzluğunda borular və uşaqlıq kanalları ilə əlaqəli problemlər
Xəstəliklər və müalicəsi
10.09.2017 12
Uşaqlığın hər iki tərəfində yerləşən boruların yumurta və spermanın birləşməsi məqsədi və spermanın yumurtanı dölləyəbilməsi üçün qüsursuz olması lazımdır. Borularda olan problemlər qadınlarda 25 faiz sonsuzluğa gətirib çıxarır. Tüp körpə müalicələrində ilk olaraq . uşaqlıq borularında meydana gələ biləcək problemlər müəyyənləşdirilir və həll edilməyə çalışılır. Əvvəllər bu problemlərin aradan qaldırılmasının tək yolu əməliyyat idi və müsbət nəticə əldə etmək şansı olduqca aşağı idi. . Borularda tıxanıqlıq və zədələnmələr hamiləlik şansını az qala qeyri-mümkün edirdi. Ancaq tüp körpə müalicəsi ilə boruları tıxalı və zədələnmiş qadınlarda hamiləlik şansı olduqca artdı. Əgər borularda maye toplanmamışdırsa kanalların tıxanıqlı ilə bağlı sonsuzluq problemlərində tüp körpə müalicəsi ilə olduqca yüksək nəticələr əldə edilir.



Borularda  zədə və tıxanıqlıqlar; infeksiyalı xəstəliklər, cinsi yollarla yoluxulan viruslar, vərəm mikrobu, yumurtalıq kistləri ya da nəsilartırma bölgəsində keçirilən əməliyyatlar və endometriozis xəstəliyi ilə bağlı inkişaf edə bilər. Borularda olan  xəstəlikləri təsbit etmək üçün ən təsirli üsul uşaqlığın dərmanlı rentgen filminin çəkilməsidir. Dərmanlı uşaqlıq rentgen  filmi ilə uşaqlıq içində yaranan problemlər rahatlıqla aşkar edilir. Lakin uşaqlıq filminin çəkildiyi zaman həddindən artıq ağrı ilə bağlı olaraq açıq olan boru bağlı kimi görünə bilər. Əgər sonsuzluq diaqnozu qoyulan xəstənin uşaqlıq borularında hər hansı bir problem müəyyən olunarsa xəstə daha dəqiq bir şəkildə araşdırılmalıdır. Araşdırmada istifadə ediləcək ən təsirli üsul  laporoskopiyadır. Bu zaman xəstəyə cərrahı əməliyyat ya da tüp  körpə müalicəsi tətbiq olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!