Sonsuzluq problemləri

Sonsuzluq problemləri
Xəstəliklər və müalicəsi
10.09.2017 33
Uşaqları olmayan cütlərə necə yaxınlaşmaq lazımdır?

Ümumiyyətlə cütlərlə ilk ətraflı görüşmədə bəzi səbəbləri daha əvvəldən ortaya çıxarmaq mümkündür. Cütlərlə görüşdən sonra isə əsas tədqiqatlar aparılır.Sonsuzluq (infertilite) diaqnozunda ən asan tədqiq metodu olan kişinin dəyərləndirilməsində, sperma təhlili yəni "spermiogram ” edilməkdədir.



Sonsuzluq (infertilite) araşdırmaları necə aparılır?

Sonsuzluq (infertilite) araşdırmaları əksəriyyəti 2-5 günlük cinsi pəhrizdən sonra kişi mastürbasiyasının ardından ondan sperma nümunəsi alınaraq laboratoriyada Dünya Səhiyyə Təşkilatının meyarlarına uyğun olaraq qiymətləndirilir. Daha sonra verilən spermanın sayı, canlılıq faizləri, şəkilləri və hərəkətliliyi araşdırılır. Xüsusilə spermalarda hər hansı bir iltihab vəziyyətinin ya da tibbi bir müalicənin vacibliyi olub olmadığı araşdırılmalıdır. Adətən Dünya Sağlamlıq Təşkilatının meyarına uyğun olaraq edilən sperma təhlilində 20 milyon sperma olmalıdır. Ancaq bu spermaların ən azından yarısının canlı olması ya da irəliyə doğru hərəkətli spermaların 25 faiz nisbətində olması və normal şəkilli spermaların sayının da ən azı 14 faiz nisbətində olması lazımdır. Ayrıca bunu da unutmamaq lazımdır ki; yalnız bir anormal çıxan "spermiyoqramı ilə ” kişi üçün sonsuzluq (infertilite) diaqnozunu qoymaq uyğun olmaz. Kişinin sperma analizi nəticəsinin dalğalanma göstərməsindən ötrü anormallıq vəziyyətinin ən azı 4-6 həftə ərzində iki dəfə təkrarlanması daha uyğun olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!