Sonsuzluq

Sonsuzluq
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Sonsuzluq bizdən çox da uzaqda olmayan, haradasa 100 nəfərdən 15-də müşahidə olunan xəstəlikdir. Sonsuzluğun bir sıra səbəbləri ola bilər və müalicəsi böyük ehtimalla mümkündür. Düzgün diaqnoz və düzgün müalicə üsulu ilə asanlıqla aradan qaldırıla bilər, çünki müəyyən hallar istisna olmaqla eyni səbəblə meydana gəlir. Sonsuzluq əsasən bu şəkildə meydana gəlir:

Sonsuzluq qorunmasız şəkildə bir illik cinsi əlaqə nəticəsində hamiləliyin əldə edilməməsidir. Əvvəlcə hamilə olub sonradan hamilə ola bilməmək də sonsuzluq sayılır. Əgər yaşınız 35-dən yuxarıdırsa bu müddət qorunmasız şəkildə 1 il deyil 6 ay olaraq götürülür. Müəyyən bir narahatlığınız, xəstəliyiniz varsa və ya aybaşı pozğunluğu yaşayırsınızsa 1 ili gözləmədən həkimə müraciət etməyiniz məsləhətdir.

Yeni cütlüklərin bir ay içərisində hamilə qalma ehtimalı 20-26%-dir. Qorunmasız şəkildə 1 ildən sonra bu göstərici 80%-dir. 2 ildən artıq müddətdə bu rəqəm 90%-i keçə bilər. Müəyyən bir səhhət və ya cinsi problemi olmayan cütlüklər çox da tələsməməlidirlər. Ətrafımızda hər 7 cütlükdən biri övlad sahibi ola bilməmək problemi ilə qarşılaşır. Bu müddət içərisində insanlar istər istəməz sarsıntı keçirir, hətta əsəb və qısqanclıq keçirə bilər. Lakin, sonsuzluğun müalicəsi yollarını araşdırmağa başladığınız zaman ümid verici və uğurlu müalicə üsulu olduğunu görəcəksiniz. Xüsusilə, son 10 il ərzində sonsuzluğun müalicəsi sahəsində mikroinyeksiya metodu ilə böyük nailiyyətlər əldə edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!