Kişilərdə sonsuzluq

Kişilərdə sonsuzluq
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Tərif

Cütlüklərdən təxminən 15%-i övlad sahibi olmaqda çətinlik
çəkirlər. Sonsuzluq (inferilite) bir il və ya daha artıq müddət
içərisində düzgün və qorunmasız şəkildə cinsi əlaqədə olunmasına
baxmayaraq cütlüklərin övlad sahibi ola bilməməsidir. 35 yaşdan yuxarı
cütlüklərdə bu müddət 6 ay olaraq götürülür.

Kişi sonsuzluğu sperma
hazırlanmasının aşağı səviyyədə olması, qeyri-aktiv və ya pozulmuş
quruluşlu spermalar və ya sperma gələn yolların tıxacı ilə bağlı olaraq
meydana gələ bilər. Xəstəliklər, yaralanmalar, xroniki sağlamlıq
problemləri, həyat tərzi və digər faktorlar kişilərdə sonsuzluğun
meydana gəlməsinə yol aça bilər. Övlad sahibi ola bilməmək əhval
düşkünlüyü və stressə səbəb olsa da, kişi sonsuzluğunun müxtəlif müalicə
yolları vardır.

 

Simptomları 

Kişilərdə
sonsuzluğun əsas simptomu övlad sahibi ola bilməməkdir. Bunun, əsasən,
başqa bir simptom və ya göstəricisi yoxdur. Lakin, bəzi nadir hallarda
genetik keçidli hormon pozuntusu və ya sperma axmasına mənfi təsir
göstərən hal, simptomlara səbəb ola bilər. Kişilərdə sonsuzluğun
simptomları aşağıdakı kimidir:

Övlad sahibi ola bilməmək;

Cinsi funksiya pozuntuları; məsələn, orqazm ola bilməmək və ya ereksiya problemləri;

Xayalarda ağrı, şişkinlik və ya kütlə;

Üz və ya bədən tüklərinin azalması.

 

Həkimə nə vaxt müraciət edilməlidir?

Bir il ərzində düzgün, qorunmasız cinsi əlaqədə olunmasına baxmayaraq övlad sahibi ola bilmirsinizsə;

Ereksiya
(sərtləşmə) və ya eyakulyasiya (erkən boşalma) problemləriniz varsa,
cinsi istəksizlik və ya digər cinsi funksiya pozuntularınız varsa;

Xayalarda şişkinlik, ağrı və ya kütlə varsa;

Sperma sayı aşağıdırsa: millimetrdə 20 milyondan az;

Keçmişdə xayanızda, prostat vəzinizdə və ya cinsiyyət orqanınızda problem olubsa;

Qasıq, xaya, penis və ya xayalığınızda əməliyyat keçirmişsinizsə.

 

Səbəbləri

Kişilərdə
sonsuzluq qarışıq bir prosesdir. Həyat yoldaşınızın hamilə qala bilməzi
üçün onun yumurtalarına çatacaq, yumurtaya girərək onu mayalandıra
biləcək sağlam və uyğun miqdarda sperma hazırlaya bilməniz lazımdır.
Bunun üçün aşağıdakılar zəruridir:

Sağlam sperma hazırlanması: bunun
üçün ilkin olaraq kişi nəsil artırma sistemi orqanlarının yeniyetməlik
çağında sağlam böyüməsi və formalaşması lazımdır. Ən azından bir xayanız
düzgün fəaliyyət göstərməlidir və bədəniniz sperma ifrazı üçün
testesteron və digər hormonları təmin etməlidir.

Sperma məninin
içərisinə aparılmalıdır: Sperma xayalarda hazırlandıqdan sonra məni ilə
birləşərək penisdən sıçramaq üçün zərif borulara aparılır.

Toxumda
kifayət qədər sperma olmalıdır: Əgər məninizdə sperma sayı azdırsa
spermalardan birinin həyat yoldaşınızın yumurtasını mayalandırma şansı
azalır. Aşağı sperma sayı millimetrdə 20 milyondan az sperma deməkdir.

Sperma
hərəkət edə bilməsi üçün düzgün formada olmalıdır: Əgər spermaların
hərəkəti və quruluşu anormaldırsa spermanın həyat yoldaşınızın
yumurtasına çatması və mayalandırması çətinləşir.

 

Tibbi səbəblər

Kişilərdə sonsuzluq müxtəlif səhhət problemləri və ya müalicələr nəticəsində meydana gələ bilər.

Varioksel: Varioksel
xayalardakı qanı boşaldan damarların şişməsidir. Bu vəziyyət xayaların
normal halda olması lazım gələn soyudulma mexanizminə mənfi təsir
göstərərək sperma sayının və fəaliyyətinin azalmasına səbəb olur.

İnfeksiya: bəzi
infeksiyalar sperma ifrazını və spermaların səhhətinə mənfi təsir
göstərə bilər. Bunlara misal olaraq, klamidya və gonore (bel soyuqluğu)
da daxil olmaqla bəzi cinsi yolla keçən xəstəliklər, prostat
infeksiyası, xaya infeksiyası, sidik yollarının və cinsiyyət
orqanlarının digər infeksiyaları göstərmək olar.

Geri boşalma: bu
vəziyyət orqazm zamanı məninin penisdən boşalmaq əvəzinə sidik kisəsinə
boşalmasıdır. Şəkər xəstəliyi, multipl skleroz, onurğa yaralanmaları və
sidik kisəsi, prostat və sidik yollarının əməliyyatları kimi bəzi
xəstəliklər buna misal ola bilər. Geri boşalma prostatın böyüməsi
müalicəsində istifadə edilən dərmanlarla müalicə zamanı meydana gəlir.

Onurğa
pozğunluqları (boşalmanın olmaması): Onurğa yaralanmaları və ya bel
xəstəlikləri olan kişilərdə bəzən sperma hazırlanmasına baxmayaraq
boşalma olmur.

 

Spermaya aid
anticisimlər: Anti-sperma anticisimləri yanlışlıqla spermanı hədəf
görərək onu məhv etmək üçün hücuma keçən immunitet sistemi
hüceyrələridir.

Şişlər: Xərçəng və ya xoşxassəli şişlər kişi
cinsiyyət orqanlarına birbaşa və ya hormonlar vasitəsilə təsir edir.
Bəzi hallarda şişin götürülməsi üçün həyata keçirilən əməliyyat nəsil
artırma qabiliyyətinə mənfi təsir göstərir.

Düşməyən yumurta: bəzi kişilərdə ana bətninə inkişaf zamanı bir və ya bir neçə yumurta kisəyə düşməyə bilər.

Hormon
pozuntuları: Sonsuzluq yumurtalıqlara aid problemlərdən və ya
testosteron və digər nəsil artırma ilə bağlı hormonlara nəzarət edən
beyindəki vəzilərə aid anomallıqlardan qaynaqlana bilər. Testosteron
azlığı və digər hormon pozuntularında bir sıra digər səbəblər ola bilər.

Sperma
kanalının pozuntuları: spermaları daşıyan kanallar xəstəliklər və ya
yaralanmalarla zərər görmüş ola bilər. bəzi Kişilər sperma toplanan
nahiyədə (epididimis) və ya çölə daşıyan kanalların bir və ya birdən
çoxunda tıxacla dünyaya gələ bilərlər. Kistik fibrozis və bizi digər
genetik vəziyyətlərdə sperma kanalları heç olmaya bilər.

Xromosom
anomaliyaları: Klinefelter sindromu kimi genetik xəstəliklər zamanı kişi
cinsiyyət orqanlarında anormal inkişaf ola bilər.

Cinsi əlaqədə problemlər: bunlara
sərtləşmənin olmaması və ya kifayət dərəcədə qorunmaması, erkən
boşalma, ağrılı cinsi əlaqə və ya cinsiyyətlə bağlı psixoloji problemlər
və ya cinsi əlaqə problemləri misal ola bilər.

Qarın yatalağı: öz
həssalığı olaraq da tanınan həzm sistemi xəstəliyi olan qarın yatalağı
kişilərdə sonsuzluğa səbəb ola bilər. Özsüz pəhrizz ilə bir qədər
sağalmaq mümkündür.

Dərmanlar: Testosteronun yerinə qoyulması
müalicəsi, uzun müddətli anabolik steroid istifadəsi (əzələlərin inkişaf
etdirilməsi üçün), xərçəng müalicəsi, bəzi antibiotiklər, bəzi xora
dərmanları və müəyyən digər dərmanlar sperma istehsalını pozur və
kişilərdə sonsuzluğa səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!