Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik?

Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik?
Xəstəliklər və müalicəsi
10.09.2017 45
Dünyadaki insanları xoşbəxt və bədbəxt deyə iki kateqoriyaya ayırsaq, əksəriyyəti xoşbəxt olmadığını söyləyəcəkdir.

Əgər
xoşbəxt deyiliksə, ilk öncə xoşbəxt olmamağımızın səbəblərini
bilməliyik. Daha sonra isə xoşbəxt olmaq üçün nələri etməmiz lazım
olduğunu düşünməliyik.

Xoşbəxt olmamağımızın səbəblərini belə sıralaya bilərik:

1. Özünəqapanmaqdır.
Özünü günahkar sayanlar, bir nöqtəyə ilişib qalanlar, megalomanyaklar
(özünü hər kəsdən üstün görən və hər zaman özünü ön plana çıxartmaq
istəyən insandır). Bunların xoşbəxtliyə qovuşması üçün tək yolu var. O
da ətraf aləm ilə maraqlanmaqdır.

2. Hər
şeyi öyrənib bitirmiş və artıq dünyada yaşamağa dəyər, heç bir şeyi
qalmadığını düşünmələridir. Bunlarında çıxış yolu içinə qapananlar kimi
xarici dünyaya açılmaqdır. Belə insanların bu cür düşünmələrinə səbəb
istədiklərini əziyyət çəkmədən asan yolla əldə edə bilmələridir.

3. İnsanlararası
rəqabətdir. Kimlərsə buna yaşamaq mübarizəsi adını verir. Əslində isə,
yaşamaq üçün deyil, qonşularından daha üstün bir həyata çatmaq üçün
mübarizədir. Rəqabət xəstəliyinin aradan qaldırılması sakit həyat
tərzini qəbul etməklə mümkündür. İnsan qonşusuna acıq verməklə deyil,
sabahki yeməyini tapa bilməklə xoşbəxt olmalıdır.

4. Həyəcan
istəyi və cansıxıntısı da xoşbəxt olmamağın səbəblərindəndir. Lakin
insanlar anlamalırdırlar ki, bir sıra yaxşı şeylər var ki, mövcud
dərəcədə monotonluq olmadan mümküm deyildir.

5. Günah
hissi. Günah qorxusunda insanın öz-özünə hörmət nöqsanlığı var. Bunun
üçün bir insan məntiqə uyğun olaraq nələrə inanacağına yaxşıca
qərarlaşdırmalıdır.

Xoşbəxt olmama səbəblərindən sonra, necə xoşbəxt olarıq sualına gəlincə aşağdakılara nəzər yetirməliyik:

-
Xoşbəxtliyin əsas səbəblərindən biri həvəs və xoşlama duyğusudur.
Dünyada hər biriylə, ayrı-ayrı maraqlanmağa ömrümüzün yetəcəyi qədər çox
şey vardır. Bu qədər bol və çeşidli mövzülar qarşısında içinizə
qapanıb, sıxıntıdan partlamaq insanların acizliyindən irəli gəlir.

-
Xoşbəxtliyin əsas qaynaqlarından biri də sevgidir. Güvən hissini
yaradan qarşılıqlı olaraq sevmək və sevilməkdir. Həyatı güvənlə
qarşılayanlar, güvənsizliklə qarşılayanlardan daha çox xoşbəxtdirlər.

-
Xoşbəxtliyin böyük mənbələrindən başqası da ailədir. Ana atalarının
bir-birilərini, uşaqlarında ana atalarını, ana-atalarının uşaqlarını
sevməsi güclü bir xoşbəxtlik yaradar.

-
Xoşbəxtlik səbəblərindən biri də işdir. İş kimilər üçün bezdirici olsa
belə, bekarlıq ən sıxıcı çalışmaqdan betərdir. Necə olursa olsun, bir
şey etmək və qabiliyyətini göstərmək insanı xoşbəxt edər.

Ən əsas da insan o zaman xoşbəxt olar ki, onun istədiyi və əldə etdiyi arasında daim bir tarazlıq olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!