Addım-addım xərçəngə

Addım-addım xərçəngə
Xəstəliklər və müalicəsi
10.09.2017 7
Bu gün "fast food", dönər vəs. kimi qidalar, o cümlədən, enerji içkiləri
insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu
qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta
onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.

Məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi,
invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov Trend-ə bildirib ki,
insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə
mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.

İ.Alışov deyib ki, gənclərin "fast food" qidalarından daha çox istifadə
etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində
kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq
xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.

Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə
xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün
əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.

İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib: "İnsanlar "fast
food" qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan,
o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər.
Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq
xəstəliklərinin əsas səbəblərindən biridir".

İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib. O, qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.

Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin
gəncləşdiyini də diqqətə çatdırıb: "Əvvəllər xora xəstəliyini 5, 6, 12
yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da
müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə
rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və
çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma
nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!