Kompüter və göz sağlamlığımız

Kompüter və göz sağlamlığımız
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Müasir
informasiya texnologiyaları və onun bir hissəsi hesab olunan
hesablayıcı maşınlar, kompüterlər və s. bu istiqamətdə insanlara xidmət
göstərən məhsullar günümüzdə faydalılıq və səmərəlilik nöqteyi nəzərdən
nəyinki mütəxəssislərin, adi insanların da həyatlarının ayrılmaz bir
hissəsinə çevrilib. Bu baxımdan müasir informasiya texnologiyaları
günümüzdə öz aktuallığı ilə seçilməklə, müxtəlif sahələrdə fəaliyyət
göstərən insanların daim diqqət mərkəzində olur. Müxtəlif xidmət
sektorunda fəaliyyət göstərən bir çox insanlar kompüterlərlə sıx təmasda
olurlar. Günümüzdə elektron ünvanlarla iş görənlər, bank hesaplarına
nəzarət edənlər, yoldaşları ilə mütəmadi söhbət edənlər, çoxlu oyun
oynayanlar, işlərini daha sürətli həll etmək üçün bol bol kompüterlə
məşğul olanlar da var. Məhz kompüterlə istər mənalı, istərsə də əyləncə
xarakterli işlərlə məşğul olmaq təəssüf ki, göz sağlamlığımız üçün ciddi
bir təhlükə yaradır. Kompüter şüaları gözün nəmliyini qurudur, gözdə
göynəmələr əmələ gətirir. Kompüter qarşısında uzun müddət oturmaq olmaz.
Məşğul olduqdan sonra 15 dəqiqə ərzində hava almaq da məsləhətdir.
Kompüter qarşısında oturanlar tez-tez apteklərdə satılan təbii göz
yaşlarından istifadə etməlidirlər. Bu vasitə gözlərdə olan zəifliyi
aradan qaldırmağa kömək edir. Ümumiyyətlə həkimlərin dediyinə görə, göz
zəifliyi üç yerə bölünür: miyopiya, hipermetropiya və astikmatizm.
Televizora və ya kompüterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız
qidalanmaq miyopiyaya səbəb olan amillərdir.

Bəzi
narahatlıqlar kimi, göz yorğunluğu da fərqli insanlarda fərqli
şəkillərdə inkişaf edir. Gözlərində istirahət etməyə ehtiyacı vardır.
Məsələn tez-tez rast gəldiyimiz baş ağrısı sindromu, kompüter
istifadəçiləri üçün çox normal görünə bilər. Lakin bilmək lazımdır ki,
bu göz rahatsızlığının əlamətlərindən sayılır. Gözlərdə ağrı, yorğunluq,
quruluq və ya yaşarma kimi problemlər ola bilər. Bulanıq və ya cüt
görmə, monitordan başınızı qaldırdığınız zaman fərqli bir yerə baxarkən
fokuslanma problemi yaşamanız əsas əlamətlərdəndir. Daha yaxşı görə
bilmək üçün səhv oturrma, baxma səbəbi ilə boyun ağrısı da meydana gələ
bilər. Əgər görmə itiliyinin zəifləməsi, yaxında yerləşən əşyalardan
uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik
(akkomodasiya pozulması) olursa, yazı oxuyarkən tez yorulursunuzssa,
gözlərdə yandırma və ya "qum düşməsi” hissi olursa, göz və alın
nahiyəsində, başda və ya gözlərin hərəkəti zamanı ağrılar olubsa,
gözlərinizdə qızarma varsa bu kompüterin gözə və görmə qabiliyyətinə
mənfi təsirlərinin geniş yayılması deməkdir.



Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?



Ətrafımızdakı
real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq,
monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən
ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı
biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də
ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz
zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə
qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin
ümumi probleminə çevrilir.



Nə edə bilərik?



Əslində,
kompyuter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir
15-20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur.
Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün
isə aşağıdakılara riayət etməniz məsləhətdir:

1. İş yerinizi düzgün təşkil edin

Yaxşı
monitor - əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və
ya 19` (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə
işləyən şəxs üçün ən gözəl seçimdir. Əvvəlki elektron şüalı monitorlara
nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun
ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə
çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın.
Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir.

Kompüteri
elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün.
Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya
stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə
halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına
başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal
variant – yayılmış sönük işıqdır.

Monitorun
parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək
üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, Word
sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa,
parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə,
parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha
kontrast görüntü daha məsləhətlidir.

Monitorun
masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast
gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü
dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri
gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla
təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu
halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi
gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə
düz monitorun qarşısında olmalıdır – onların biri birinə qarşı çəpinə
yerləşdirilməsi daha bir səhvdir.

Ekranın
tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə
bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.

2. Gözlər üçün gimnastik hərəkətlər

Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:

- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;

- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;

-
gözlərinizlə dairəvi hərəkətlər edin - əvvəl saat əqrəbi istiqamətdə,
sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu
hərəkətləri oturaq vəziyyətdə edin);

- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin;

-
pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın,
sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.

3. Düzgün və çeşidli qidalanma

Düzgün
və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A,
C, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan
gözü üçün xüsusi əhəmiyyət kəsb edir. Vitamin A - kahı, göy noxud,
yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində,
vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları,
balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm
vitamin C ilə zəngindir.

Gözlər
və bütün orqanizm üçün daha bir xeyirli məhsul - provitamin A (karotin)
mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu,
kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.

4. Profilaktik tədbirlər

Çobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır.

Apteklərdə
göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları
da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul
etmək olar. Balıq piyi qözlər üçün çox xeyirli hesab olunur. Balıq piyi
preparatları da ildə bir neçə dəfə kurs kimi içmək olar.

Erkən
yaşlarda nizamlı olaraq və bol bol meyvə yemək, irəliləyən yaşlarda
görmə itkinlərini əhəmiyyətli nisbətdə önləyər. Araşdırmalar nizamlı
olaraq gündə üç pay meyvə yeyənlərdə, yaşlılıqda görmə itkilərinin 36
faiz azaldığını ortaya qoyur. Çoxlu vitamin qəbul eləmək katarakt
riskini 60% azaldır. Xüsusilə çoxlu vitamin həbində olan E və C
vitaminlərinin, katarakt riskini endirmədə əhəmiyyətli rolu olduğu ifadə
edilir.

Kök
ehtiva etdiyi xüsusi şəkəri, A vitamini və bol vitaminləri ilə
qaraciyəri qüvvətləndirər, bədəndəki törə turşusunun, urat duzlarının,
bənzəri yorğunluq maddələrinin sidiklə çölə atımına köməkçi olar. Ehtiva
etdiyi beta-karotin sayəsində gözləri qoruyar və immunitet sistemini
qüvvətləndirər.

Tədqiqatlar
nəticəsində müəyyən olunmuşdur ki, 2 saatdan artıq kompüterlə məşğul
olan şəxslər bu problem üzrə yüksək risk qrupunda olan istifadəçilər
hesab olunur. Bu cür istifadəçilər yuxarda da qeyd edildiyi kimi
gözlərini rahatlaşdırmaq üçün əvvəlcə, kompüter masasını uyğun bir
şəkildə səhmana salmalıdırlar. Sonra isə monitoru masanın üstünə qoyub,
monitotun tam qarşınızda duraraq onun gözlərdən 35 - 40 sm uzaqlıqda
olması üçün nizamlama işləri aparmalıdırlar. Ekranın üst kənarı yəni
tavan yüksəkliyinin ən üst qisimi göz səviyyənizlə bərabər olmalıdır və
ya bir az altında olmalıdır. Yüngülcə aşağı doğru baxmalısınız. Bu
uzaqlıqdan kiçik yazıları oxumaqda çətinlik çəkirsinizsə, monitoru
yaxınlaşdırmaq yerinə ya da əymək yerinə yazı ölçüsünü artırmağı təcrübə
edin. Bir çox proqram bu xüsusiyyətə malikdir. Məsələn İE7'de bu
xüsusiyyət mövcuddur. Yazıları çox xoş sadə şəkildə özünüzə uyğunlaşdıra
bilərsiniz.

Unutmayın
ki, kompüterlə məşğul olarkən işıqlandırma son dərəcə əhəmiyyətlidir.
Bəzi ofislər çox işıqlı ola bilər; bunun önünə keçə bilmək üçün
pərdələri bağlayın ya da par önləyici ekran filtri istifadə edin.
Yuxarıdan işıqlandırma yerinə masadan işıqlandırma seçin. Masa lampaları
son dərəcə ideal və erqonomikdir. Çox qaranlıq otaqlarda iş görməyin.
Çox işıqlı olarsa da problem olar. 

Monitor
ilə əlaqədar edə biləcəyiniz ən gözəl və ən asan şey təmizlikdir.
Ekranınızın tozdan, çirkdən, ləkələrdən təmizləyin. Göz yorğunluğunu
önləmənin ən yaxşı yolu tez-tez fasilə verməkdən keçir. Quru göz
sindromunun profilaktikası üçün kompüterdən istifadə edənlər hər saatdan
sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməli və ya göz üçün
məşqlər etməlidirlər: gözləri qırpmaq, uzaq – yaxına baxmaq. Gözləri
ovmaq prosesi daha da pisləşdirə bilər. 

Bəzi
asan üsullarla, tam yaxşılaşdırmaq mümkün olmasa da, quru göz
şikayətlərini azaltmaq olar. Xüsusilə, oxuyarkən və kompyuterdən
istifadə edərkən gözləri tez – tez qırpmağa çalışmaq, gözləri qaşımamaq,
ovmamaq lazımdır. Quru və sərinkeş olan otaqdan mümkün qədər uzaq
olmaq, daha çox su içmək göz quruluğu şikayətlərini azalda bilər. 

Beləcə həm gözləriniz həm zehininiz rahatlayar, istirahət etmiş olarsız. 

İş
vaxtınızı kompüter qarşısında keçirirsinizsə, ildə 1 dəfə
həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin.
Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və
müalicəvi tədbirlərin effektivliyini artırır. Başqa sözlə ifadə etsək
kompüter başında davamlı göz problemləri yaşayırsınızsa mütləq bir göz
həkiminə müraciət etməyi ləngitməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!