Ani karlıq təhlükəsi - Özünüzü qoruyun

Ani karlıq təhlükəsi - Özünüzü qoruyun
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Bir
anda ətrafınızdakı hər şey səssizləşməyə başladısa, nəzarətinizi
itirdinizsə, üstəlik ürək bulanması yaşayırsınızsa, heç gözləmədən
həkimə gedin. 



Çünki ani karlıq yaşaya bilərsiniz. 



Ani karlıq nədir? 



Ani karlıq 3 gündən daha qısa müddətdə ortaya çıxan eşitmə itkisidir. 



Yaşanan
bu eşitmə itkisi tək, ya da ikitərəfli ola bilər. Xəstələrin çoxunda
bir neçə dəqiqə, bəzən isə saatlarla davam edə bilər. Ani karlıq zamanı
üz iflici, balans pozğunluğu, ürək bulanma, qusma, baş gicəllənməsi,
qulaqda uğultu ola bilər. 



Ani karlığın səbəbləri nələrdir? 



Qulaq
dibi, qızılca, hava infeksiyaları ani karlığın ən çox rastlanan
səbəblərindəndir. Xəstələrin 25-30%-də problem yaranmadan 1 ay əvvəl
yuxarı tənəffüs yollarının infeksiyası yaşanıb. 



Digər
mühüm səbəb isə damar tıxanıqlığıdır. Şəkər xəstələrində, qan nəqlində,
by-pass əməliyyatlarından sonra, anemiya kimi qan xəstəliklərində ani
karlığa rast gəlinir. Meningit, 

xroniki
qulaq infeksiyaları, multiple skleroz, miqren kimi nevroloji səbəblər,
daxili qulağa ziyan edən bir qrup dərmanların istifadəsi, maddələr
mübadiləsi ilə əlaqədar yaşanan xəstəliklər, 

akustik noruinom kimi təhlükəli xəstəliklər ani karlığa səbəb ola bilər. 



Erkən
diaqnoz sayəsində iki həftə içində insanın eşitməsi bərpa oluna bilər.
Bəzi hallarda dərman müalicəsi ilə yanaşı əməliyyata da ehtiyac duyulur 



Müalicəyə 24-48 saat ərzində başlamaq vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!