Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur?

Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur?
Xəstəliklər və müalicəsi
10.09.2017 25
10
ildir həyatımızın bir hissəsinə çevrilən ağıllı telefonlar və
planşetlər yeni bir xəstəliyin səbəbkarı olub. Həkimlər bu xəstəliyi
"Teck-neck” adlandırırlar. Alimlər bildirirlər ki, texnologiya ilə
həddən artıq təmasda olmaq sizi xəstə edə bilər. 



Statistikalar
göstərir ki, insanlar gündə təxminən 2 saatlarını telefon və
planşetlərə sərf edirlər. Bu müddətdə baş mütəmadi olaraq önə doğru
əyildiyi üçün "Teck-neck” xəstəliyi baş verir. Bu, boyun və kürək
nahiyəsində ağrı, çənə altında dərinin sallanması, buxağın yaranması,
boyunda qırış ilə müşahidə edilir. 



Həkimlər
bildirirlər ki, baş 15 dərəcə əyildikdə boyuna 13 kiloqram yük düşür.
Əgər çənənizi boynunuza yaxınlaşdıraraq dayanırsınızsa, bu zaman yük 27
kiloqrama qədər artır. Bu isə boyun və kürəkdə ağrılara səbəb olur,
dərinin elastikliyi itir, qırışlar yaranır. Həkimlər müasir dövrün
xəstəliyi olan "Tech-neck”in, əsasən, gənc nəsildə müşahidə edildiyini
bildirirlər. 18-40 yaş arasında olanların bu xəstəliyə yaxalanmaq riski
çoxdur. 



Bəs bu xəstəlikdən qorunmaq üçün nə etmək olar? 



1. Ağıllı telefon və planşetləri daha az istifadə etməyə çalışın. 



2.
Ofisdə işləyənlər kompüterin ekranının göz səviyyəsindən aşağıda
olmamasına diqqət etməlidirlər. Boyunu önə doğru əymək əvəzinə, düzgün
pozada qalmağa diqqət etsinlər. 



3. Tez-tez boyun əzələlərini rahatlaşdıran hərəkətlər edin. Vaxtaşırı ekrandan uzaqlaşın, boyuna düşən yükü azaldın. 



4. Planşet istifadəçiləri onu düz saxlayan xüsusi oturacaqlardan istifadə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!