Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma

Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur. 



Mədə
və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət
ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb
ola bilər. 



Müasir
dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla
müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi
qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki,
xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman
preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu
xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin
kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş
verir. 



Əsas qaydalar:

- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.

- Bütün qidalar yalnız suda və buğda bişirilməlidir (yağda yox!).

- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.

-
Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu
qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm
də çox isti qida və içkilər insan sağlamlığına 

ciddi ziyan vurur.

-
Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy
meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd
çay, qəhvə; ketçup, mayonez və s. 

souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar). 



- Bu kimi qidaların qəbulu tövsiyə olunur:

duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),

buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet,

bişmiş yumurta,

bişmiş kök, kartof, çuğundur,

moruqlu,
çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora
xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu
qat əmələ gətirir)

süd, qaymaq

südlü kokteyl, südlü çay

kərə yağı və bitki yağları.



Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!