Hər bir bədbinliyin altındakı o nikbinliyi görməli

Hər bir bədbinliyin altındakı o nikbinliyi görməli
Xəstəliklər və müalicəsi
10.09.2017 10
Nikbinlik
hər şeyin yaxşı tərəfini görməyi, hər şeyə xoş münsaibət bəsləməyi
bacarmaqdır. Nikbinlik müvəffəqiyyətin, gələcəyə inamın göstəricisidir.
Nikbinliyin qayda qanunu yoxdur. Bu sadəcə insanın xarakterik
xüsusuiyyəti ilə və həyata baxışı ilə əlaqəlidir. Gün ərzində bizim
həyatımızda müxtəlif hadisələr baş verir. Bu hadisələr bizə həm mənfi,
həm də müsbət təsir edə bilər. Bəzi hallarda mənfi hadisələrə görə biz
bədbinliyə qapılırıq. Qapıldığımız bu bədbinlik bəzən özümüzdə bilmədən
bizi daxildən sarsıdır. Bunun fərqinə vardıqda isə çox gec ola bilər.
Artıq bu zaman biz depressiv vəziyyətdə oluruq. Lakin hadisəyə nikbin
yanaşmamağımız bizi bu depressiv vəziyyətdən azad edir. Həyatımızda baş
verən hər bir hadisədən düzgün nəticələr çıxarıb, gələcəyə inamla
baxmalıyıq. Çünki biz düşüncələrimizi nə qədər müsbətə doğru yönəltsək
özümüzü nə qədər müsbət enerji ilə zənginləşdirsək, həyatımızda da o
müsbətləri görməyə başlayacağıq. 

Nikbin olmaq üçün nələri bilməli nələrə diqqət etməliyik? Nikbinlik bizə yaşadığımız bu həyatda nə qazandıracaq?



1.Hər
bir bədbinliyin altındakı o nikbinliyi görməli və onu aşkara
çıxrmalıyıq. Çünki bəzən baş vermiş bir pis hadisə xoş bir hadisənin
başlamasına səbəb olur. 

2.Düşüncələrimizi
ancaq müsbət enerji ilə təmin etməliyik. Çünki biz təbiətə hansı
enerjini ötürürüksə təbiətdə bizə o enerjini qaytaracaq.

3.Emosional
cəhətdən güclü olmağı bacarmalıyıq. Bu nikbin olmağın ən başlıca
şərtidir. Çünki bizi həyatda bəzən mənfi hadislərdə gözdəyir və biz buna
hər zaman hazır olmalıyıq. 

4.Nikbinliyimiz
aqressiyanıda azalda bilər. Biz hadisələrə nə qədər nikbin yanaşsaq,
aqressiyadan da bir o qədər uzaqlaşarıq. Aqressiya insanda uzun müddətli
davam etdikdə mənfi fəsadlar yarada və digər psixoloji problemlərin
yaranmasına səbəb ola bilər.

5.Baş
vermiş hadisələrə dar, rəngsiz çərçivədən baxmayaq. Hər şeyi daha
rəngli, xoş, geniş çərçivədə görməyə çalışmalıyıq. Onda gələcəyə
inamımız daha da yüksək olacaq.



Nikbinliyimiz
bizə bu həyatda hər şeyi böyük ümidlə yaşamağı, baş verən hadisələrə
optimist tərzdə yanaşmağı öyrədir. Gəlin nikbin yaşamağı öyrənək ki,
həyatımızın hər anını dəyərləndirə bilək. Bu zaman biz həm özümüzə həm
də ətrafımızdakı insanlara müsbət enerji ötürmüş olarıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!