Bijuterliyalarən əhvala təsiri

Bijuterliyalarən əhvala təsiri
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Psixoloqlar
ciddi olaraq iddia edirlər ki, bijuteriya yalnız əhval-ruhiyyəyə deyil,
həm də fiziki vəziyyətə təsir edə bilər. Yeni üzük, sırğalar və ya
qolbaq, şübhəsizdir ki, stress vəziyyətini çıxarmağa kömək edərək çox
əhəmiyyətli bir elementə çevrilirlər. Hətta bəzəklərin seçim prosesi
insanın başını o qədər qata bilər ki, o bütün problemləri unuda bilər.
Belə hədiyyənin alınmasının əsəb sisteminə təsiri əhval-ruhiyyəni
əhəmiyyətli dərəcədə yüksəldə və bunun sayəsində, hətta immuniteti
gücləndirə bilər.



Skeptiklər
əlbəttə ki, bijuteriyanın lazımsız bəzək olduğunu iddia edə bilərlər.
Lakin gözəlliyə qiymət verənlər qeyd edirlər ki, bijuteriya – bu təmiz
rənglər, müxtəlifliyə aparan orijinal formalardır ki, insan onu əldə
etmək arzusuna gəldikdə o, şübhəsiz insanı eyforiya vəziyyətinə sala
bilər.



Müasir
bijuteriya azad formaları ilə fərqlənir. Onların yaradılmasında
yaradıcı yanaşma əhəmiyyətli dərəcədə daha parlaq ifadə edilmişdir,
nəinki ənənəvi klassik zərgərlik bəzəklərinin yaradılması vaxtı.
Gözlənilməz materiallardan istifadə, dəbin şıltaqlarına sürətli
münasibət – bütün bunlar o təəccüblü faktı izah edir ki, hər kəs özü
üçün öz daxili dünyasına və xarici obrazına uyğun gələcək və hətta
xüsusi əhval-ruhiyyə yaradacaq bijuteriya seçə bilər.



Şəxsiyyətin
emosional vəziyyətinə təsir göstərən vasitə kimi avanqard bijuteriya
böyük marağa səbəb olur. Avanqard üslubda predmetlər yaradaraq, rəssam
özünü material seçimində məhdudlaşdırmır, o müxtəlif lentlərdən,
dəridən, taxtadan, plasmasdan və bir çox digər materiallardan istifadə
edə bilər. Xoşuna gələn qeyri-adi bəzək əşyasını əldə edərək insan öz
əhvalını təəccüblü şəkildə həmin əşya ilə bağlayır ki, o ona hər zaman
həyatında çox əhəmiyyətli nəyisə xatırladacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!