Xoşbəxt olmağın sirləri

Xoşbəxt olmağın sirləri
Xəstəliklər və müalicəsi
10.09.2017 62
Xoşbəxt olmağın sirləri.



Hər
bir insan xoşbəxt olmaq istəyir. Lakin insanlar xoşbəxtlik məfhumuna
fərqli yanaşır. Kimi xoşbəxtliyi var-dövlətdə, kimi ailədə, kimi
sevgidə, kimi təhsildə və uğurlu karyerada görür.

 

Bəs xoşbəxtlik nədir?



Xoşbəxtlik
nisbi anlayışdır. Xəstə üçün sağlamlıq, kasıb üçün varlanmaq,
abituriyent üçün universitetə daxil olmaq, işsiz üçün iş tapmaq,evsiz
üçün ev almaq, uşaq üçün dondurma yemək ,incəsənət adamı üçün bütün
dünyada tanınmaq, aşiq üçün öz sevdiyinə qovuşmaqdır xoşbəxtlik. Əlbəttə
bu siyahını uzatmaq olar. Gəlin düşünək... Bəs sizin üçün xoşbəxtlik
nədir?

 

Siz xoşbəxtliyin sirrini nədə görürsünüz?

Müsbət
düşünün. Hər bir hadisənin müsbət tərəflərinə köklənin. Öz bacarıq və
potensialınıza inanın. Sizə mənfi təsir edən faktorlardan mümkün olduğu
qədər uzaq durmağa çalışın.

 

Sevdiyiniz
işlərlə məşğul olun. Özünüzə xobbilər seçin, maraqlarınızı inkişaf
etdirin, həyatınızdakı standartlardan uzaqlaşın və fərqliliklər
yaradın. 



Yeni
insanlar və yeni yerlər kəşf edin. Sosial çevrənizi genişləndirin.
İnsanlarla ünsiyyət qurmaqdan çəkinməyin.Özünüzü inkişaf etdirin. Çoxlu
kitab oxuyun, film izləyin, xarici dil öyrənməyə çalışın, dünya
görüşünüzü artırın.

 

Ailəniz,
dostlarınız və sevdiyiniz insanlarla səmərəli vaxt keçirməyə çalışın.
Onları sevdiyinizi və sizin üçün dəyərli olduğunu hiss etdirin.
Sevdiklərinizi kiçik hədiyyələrlə təəccübləndirin və onların sevincindən
özünüzə də pay götürün. 



Unutmayın
ki, sizin sahib olduğunuz və dəyərini bilmədiyiniz bəzi şeylər
başqalarının xəyalı, çatmaq istədiyi arzularıdır. Əlinizdə olanlarla
xoşbəxt olmağı bacarınki həyat sizə daha yaxşılarını bəxş etsin.
Çətinliklə üzləşdikdə ümidinizi itirməyin. Unutmayınki xoşbəxtliyə gedən
yol çətinlikdən keçir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!