Qısqanclıq və onun aradan qaldırılması yolları

Qısqanclıq və onun aradan qaldırılması yolları
Xəstəliklər və müalicəsi
10.09.2017 24
İnsanlar
bütün hisləri özlərində daşıya bilər lakin, onları cilovlayıb,
tənzimləyə bilmədikdə bu onlarda bir çox psixoloji problemlərə gətirib
çıxarar. Qısqanclıq da bunlardan biridir. Bu hiss də həddini aşdıqda
sizi bir çox şeydən məhrum edə bilər. Ən əsasda sevdiyiniz
insanlardan.Qısqanclığı məhəbbətin həm yol yoldaşı adlandırırlar,həmdə
zəhəri. Çünki bəzən artıq qısqanclıq münasibətlərə soyuqluq gətirə
bilər.Qısqanclıq hissi ilə paxıllıq hissini heç vaxt qarışdırmayın
.Paxıllıq hər kəsə, hər bir şeyə qarşı olar ancaq qısqanclıq
sevdiklərinizə. Onları itirmək qorxusu xüsusi ilə bunun yaranmasına
səbəbdir. Uşaqlıq vaxtlarımızdan hər birimiz sevilmək, ana, atamızın
sevimlisi olmaq istəmişik. Ailəyə yeni bir övlad gələrsə tərk edilib,
daha az istənilməkdən qorxmuşuq. Qısqanclıq ailədə uşaqlar arasında belə
yaranar və böyüdükcə yoldaşlıq, sevgi münasibətlərində davam edər. Bəs
qısqanclığı necə aradan qaldırmaq olar ??? 

•İlk
öncə hisslərinizə aydınlıq gətirməyə çalışın. Özünüzə etiraf edin
ki,siz sevdiyiniz insanları qısqanırsınız. Bu problemi həll etməyin
ilkin mərhələsidir. Hislərinizə aydınlıq gətirməyiniz sizə daxili
rahatçılıq gətirəcək və əsəblərinizi daha çox sakitləsdirəcək.

•Sonrakı
mərhələdə qısqanclığın əsas yaranma səbəbini özünüzdə müəyyənləşdirin.
Özünüzə sual verin:”Məndə bu hislərin yaranmasına əsas səbəb nədir?”
Bəzən insanlar özlərindən asılı olmadan müəyyən senarilər qurur və bunun
təsiri ilə daxili narahatlıq keçirirlər.


Hər şeyin çoxu ziyan olduğu kimi qısqanclığında həddindən çox olması
münasibətinizə ziyan gətirəcəkdir. Belə ki, qısqanclıq hissi çox olduqda
qarşı tərəfi bezdirir və münasibətdə soyuqluq yaradır. Qarşı tərəfin
hansı hərəkətləri sizdə daha çox qısqanclıq yaradırsa bunu ona söyləyin
və birgə həll etməyə çalışın.

•İlk
olaraq ağlınıza mənfi fikirlər gətirməyin. Məsələn-zəng etdiyində
telefon məşğuldursa valideynləri, dostu və ya işlə bağlı telefon
danışığında da ola bilər. Unutmayın siz aşırı qısqanclıq göstərməklə
özünüzə inamsız olduğunuzu göstərirsiniz. Qısqanclıq göstərmək əvəzinə
isə özünüzü inkişaf etdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!