Oturaq işləyənlərin dərdi: boyun ağrısı

Oturaq işləyənlərin dərdi: boyun ağrısı
Xəstəliklər və müalicəsi
10.09.2017 54
Olduqca
geniş yayılmış və gündəlik həyata ciddi şəkildə mənfi təsir edən boyun
ağrısının ən təsirli müalicəsi idman və masajdır. 



Boyun
ağrılarının çoxu mexaniki ağrıdır və altında yatan ciddi bir problem
yoxdur. Bu ağrı boyundakı əzələ və oynaqlardakı problemlərdən
qaynaqlanır. 



Bir
çox xəstəliklərə yol açan stress boyun ağrılarının da yaranmasında ilk
sırada yer alır. Stress altında işləyənlər, hamilələr, ofis işçiləri,
hərəkətsiz həyat yaşayanlar boyun ağrılarından daha çox şikayət edirlər.
Boyun ağrılarından şikayət edənlər üçün bəzi məsləhətlər təqdim
edirik. 



Düz
oturun! Əgər gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq
işləyirsinizsə, düz oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını
almaq üçün ən mühüm amilidir. Çünki yanlış oturmaq bədənin arxaya,
boynun önə doğru getməsinə səbəb olur. Bu zaman boyun və peysər
bölgəsinə daha çox yük düşür. Əzələlər saatlarla bu cür yüklənəndə bir
müddət sonra başınızı daşıya bilməyəcək halda olursuz. Belə halda boyun
ağrıları da qaçılmazdır. 



Ağrıkəsicilərlə
yola verməyin! Boyun ağrıları zamanı ağrı, tutulma və boyun
hərəkətlərinin azalması ən mühüm şikayətlərdəndir. Əvvəlcə boyun
kökündə, başın arxasında ağrı hiss edilir. Bununla yanaşı baş ağrısı da
yaşana bilər. Ağrıkəsici ilə yola verilən ağrılar zamanla artır və boyun
hərəkət etdirilə bilmir. Boyun damarlarında dartılma hissi, çiyində
hiss edilən sərtlik, gərginlik səhərlər yorğun qalxmanıza səbəb olur. 



Əllərdəki
və qollardakı keyimələr də bir çoxlarımızın gecə düşmənidir. Yuxudan
oyandıracaq qədər şiddətli olan bu ağrılar sinirləri sıxır, nəticədə
sinirlərdə hissizlik, fəsadlar ortaya çıxır. 



Bir
neçə günə keçər deməyin! Uzun müddət boyun ağrıları çəkən, sıx boyun
tutulması yaşayanlar gələcəkdə boyun yırtığından əziyyət çəkirlər.
Onurğada uzun müddət geri dönüşü olmayan fəsadlar olur. Odur ki, bu
problemə məsuliyyətlə yanaşın və həkimə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!