Boyun ağrılarının səbəbləri

Boyun ağrılarının səbəbləri
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Boyun ağrıları bir çox müasir insanları narahat edir. 



Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında: 



-
Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində
oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır,
əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki,
bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa
hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini
tez-tez narahat edir. 



Belə
vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40
dəqiqədən bir çox sadə hərəkətlər etməlidir - boynunu arxaya, qabağa və
yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı
yaxşılaşdırır, əzlələri \"boşaldır\" və ağrılardan xilas edir. 



-
Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən
biridir. Bu ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin
pozulması nəticəsində inkişaf edir. 



Fəqərələr
arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələr
arası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir
birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu
da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını
çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli
həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də
burada böyük rol oynayır - əgər sizin yaxın qohumlarınızda
osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə bu pozulmanın inkişafının
riski artmış olur. 



-
Fəqərələr arası yırtıq. Bu osteoxondrozun nəticəsindir. Nazilmiş
fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq
fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə
hiss olunur. Digər simptomlar arasında - qollarda keyimə, baş
ağrıları. 



-
Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola
bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun
osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən
boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını
çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə
saxlamağa çalışır. 



-
Miozit - əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina,
qripp), soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox
hallarda miozitin səbəbi adi yelçəkən olur. 



Xəstə başını çevirə bilmir, boyun sanki \"donur\". Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır. 



- Streslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!