Biz hər zaman xatırlamalıyıq ki, həyata yalnız pozitiv baxış...

Biz hər zaman xatırlamalıyıq ki, həyata yalnız pozitiv baxış...
Xəstəliklər və müalicəsi
10.09.2017 34
68
yaşlı Hillary Clinton tarixə "first lady” kimi artıq düşsə də, ola
bilsin ki, Amerikanın ilk qadın prezidenti kimi də düşəcək. O, hər zaman
mükəmməl natiqlik qabiliyyətiylə digər siyasətçilərdən fərqlənmişdir.
Bu məqalədə ABŞ-ın 45-ci prezidentliyinə namizəd xanım Clintonun bəzi ən
yaddaqalan və parlaq sitatları toplanmışdır.

1. Mən inanıram ki, nikbin və müsbət yanaşdığımız hər bir məsələnin həlli mümkündür.



2.
Əgər qadınlar dövlətin iqtisadi, siyasi, ictimai həyatında iştirak
etmirlərsə, bu zaman heç bir dövlət öz potensialını tam olaraq ortaya
qoya bilməz. Bu fikirdə bir saniyə də olsun tərəddüd etməmişəm.



3. Biz hər zaman xatırlamalıyıq ki, həyata yalnız pozitiv baxış sağlamlığımız üçün zamin ola bilər.



4.
Qadınların övlad və nəvələrinin talelərinin həll edildiyi
zallarda kişilərlə birlikdə mübarizə aparmaları olduqlarıvaxt artıq
çoxdan gəlib çatıb.



5. Hər bir tənqidi ciddi qəbul etməliyik, ancaq ürəyimizə yaxın buraxmamalıyıq.



6. Gözəl sözlərdən gözəl işlərə, səsli ifadələrdən səsli qərarlara keçmək vaxtı çoxdan çatıb.



7. Mənim milyonlarla ideyam var. Ancaq ölkəm hamısını həyata keçirməyə icazə verməyəcək.



8. Heç vaxt karyera ilə şəxsi həyatı qarışdırmaq olmaz.



9.
Heç vaxt mətbuatın və digər siyasətçilərin təsiri ilə qərar
vermək olmaz. Təklikdə qalmaq və doğru olanın nə olduğuna qərar vermək
lazımdır.



10.
Hər zaman məqsədin yüksək olmalıdır. Çox çalışmalı və gördüyün işə
 inanmalısan. Maneələrlə rastlaşdığında isə inamını qoruyub
saxlamalısan. Yıxıldığın an dərhal qalxmalısan və davam etməyin mənasız
olduğunu deyənlərə qulaq asmamalısan.



11. İnsan hüquqları- bu qadın hüquqlarıdır. Qadın hüquqları isə – insan  hüquqlarıdır.



12. Həm demokratiyada , həm də insanın öz həyatında baş verə biləcək ən pis hadisə gələcəyə olan ümidi itirməkdir.



13.
Arxaya baxdığımız hər bir an bizim gələcəyə olan addımımızı yarıda
qoyur. Bu həyatda yalnız və yalnız irəliyə doğru addımlamalı və ya
yerindən heç tərpənməməlisən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!