Dalağın böyümə səbəbləri

Dalağın böyümə səbəbləri
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Dalaq orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə sona kimi araşdırılmayıb. 



Dalağın
orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar,
bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən
təmizləyir; köhnə, xəstə, \"keyfiyyətsiz\" qan hüceyrələri
(eritrositləri, leykositləri, trombositləri) tutur və onları məhv edir. 



Bəzən
dalaq böyüyə bilər. Böyümüş dalaq adətən özünü heç bir əlamətlə büruzə
vermir və əksər hallarda bu pozulma təsadüfən USM zamanı təyin olunur.
Bəzən dalağın böyüməsi sol böyürdə ağrılar və hətta az miqdarda qida
qəbulundan sonra mədənin dolması hissi ilə özünü büruzə verir. 



Dalağın
böyüməsi \"splenomeqaliya\" adlandırılır. Splenomeqaliya yaxşı əlamət
sayılmır. Dalağın böyüməsi müxtəlif xəstəliklər zamanı müşahidə olunur.
Dalağın böyüməsinin səbəbləri infeksion, autoimmun xəstəliklər, qan və
qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər ola bilər. 



Splenomeqaliyanın səbəbləri: 



-
Amiloidoz. Bu xəstəlik zamanı orqanizmin müxtəlif toxumalarında, o
cümlədən dalaqda amiloid zülalı toplanır ki, bu da müxtəlif orqanların
fəaliyyətini pozur. 



- Brusellyoz. İnsana xəstə heyvandan ətlə və ya südlə keçən infeksiya. 



- Qara ciyər sirrozunun gecikmiş mərhələlərində splenomeqaliya inkişaf edir. 



- İnfeksion endokardit - ürəyin daxili qişalarının iltihabı. 



- Hepatit (qara ciyərin iltihabı). 



- Histoplazmoz - nadir göbələk infeksiya. 



- Leykemiya - qan xərçəngi. 



- Limfoma - limfatik sistemi xərçəng xəstəliyi. 



- İnfeksion mononukleoz - kəskin virus xəstəliyi. 



- Mədəaltı vəzi xərçəngi. 



- Sarkoidoz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!