İradəli insan olmaq vacibdirmi?

İradəli insan olmaq vacibdirmi?
Xəstəliklər və müalicəsi
10.09.2017 23
İnsanı
digər canlılardan ayıran bir xüsusiyyəti də iradədir. Güclü iradə nə
deməkdir? İradə -insanın məqsədə çatmaq üçün çətinlik və maneələri
aradan qaldırması ilə ifadə olunan şüurlu psixi fəaliyyətdir. İradə
müəyyən fəaliyyət məqsədini seçib, onun həyata keçməsi üçün daxili cəhd
göstərmək qabiliyyətidir.

Müvəffəqiyyət
nə şansdır, nə mirasdır, nə sərvətdir nə də mövqedir. Müvəffəqiyyət
səylə çalışaraq, iradəmizin gücüylə, hədəfdən çaşmadan əldə etdyimiz bir
nemətdir. Peşə seçərkən, iş və ya yoldaş seçərkən, paltar alarkən belə
iradəmizi sərgiləməyə ehtiyacımız vardır.

Halbuki
bəzi insanlar tək başına paltar belə seçə bilməzlər. Sağlam seçim
etdiyimizdə özümüzü güclü hiss edərik. Nəticədə iradəmizə sahib olub,
işimizi və hadisələri nəzərə alaraq yaxşı planlar qursaq daha xoşbəxt və
güclü olarıq. Buna görə müxtəlif hadisələr zamanı doğru qərar verərək
təxirə salmadan etməliyik. Bu şəkildə güclü iradəyə sahib olarıq. Güclü
iradə nəticəsində fərdi və ruhi inkişafımızı təmin edərək,
hədəflədiklərimizə və xəyal etdiklərimizə daha asan çatarıq.

Bəs güclü iradəyə sahib olmaq üçün nələr edə bilərik?

1.
Hədəfi təyin etmək. İnsan ilk növbədə həyatda olan hədəfini müəyyən
etməlidir. Etmək istədiyi işi dəqiq və aydın şəkildə təyin etməlidir. Bu
hədəf şəffaf, əldə oluna bilən, ifrat və təhrifdən uzaq, öz istedad və
qabiliyyətlərinə uyğun olmalıdır.

2.
Öz qabiliyyətlərini tanımaq. Hər birimizin öz istedadlarımız vardır.
Kifayətdir ki, bu gücümüzü tanıyaq. Hədəfimizə çatmaq üçün onlardan
istifadə etməliyik. 

3.
Proqramlaşdırmaq. Gündəlik işləri proqramlaşdırmaq lazımdır. Bu proqram
nizamlı və aydın olmalıdır. Gecə yatmamışdan qabaq isə gördüyümüz
işlərin təhlilini aparaq. Gördümüz işlərdə nə qədər müvəffəqiyyət
qazandığımıza nəzər salaq. 

4.
İradənin güclənməsi tədricən olur. İradəmizin güclü olmasını
istəyiriksə, qəbul etməliyik ki, bu birdən alınan məsələ deyildir.
Tədricən baş verir. Güman etməyin ki, bir dəfəyə iradənizi gücləndirə
bilərsinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!