Hansı hisslər bədəndə ağrıya səbəb olur?

Hansı hisslər bədəndə ağrıya səbəb olur?
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Bədəndəki ağrıları, sadəcə xəstəlik və ya fiziki yorğunluqla əlaqələndirmək doğru deyil.

 "Psycology
Today” adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırma
insanın gün ərzində keçirdiyi hisslərin, onu mənəvi cəhətdən yoran
duyğuların bədənin müəyyən hissələrində ağrılara səbəb ola bildiyini
aşkarlayıb.

 

Stress və narahatçılıq

Stress
və mütəmadi olaraq davam edən narahatçılıq baş ağrısına səbəb olur.
Çünki stresli vəziyyətdə insanın nəfəsalma vərdişində dəyişikliklər
olur. Bu isə beynə daha az oksigen getməsi ilə nəticələnir. Xroniki baş
ağrılarının səbəbi stress ola bilər.

 

Kin

Araşdırma
sübut edib ki, xroniki boyun ağrısının səbəbi kinli olmaqdır. İnsanları
bağışlaya bilməmək, kin saxlamaq özünüzə zərər verir. Bağışlamağı
öyrənin.

 

Sevgisizlik

Kürək ağrılarının səbəbi sevgisizlik ola bilər. Özünü tənha hiss edənlər kürək ağrılarından əziyyət çəkirlər.

 

Günahkar hiss etmək

Çiyinlərinizdə
hiss edilən ağrıların səbəbi daşıdığınız mənəvi yük ola bilər. Özünüzü
hər hansı mövzuda günahkar hiss edirsinizsə, fiziki baxımdan da əziyyət
çəkəcəksiniz.

 

Maddiyatla bağlı qayğılar

 

Mütəxəssislər
bildirirlər ki, ev, iş, pul barədə tez-tez fikirləşməli olanlar,
gələcəklərini planlaşdırarkən maddi çətinlik çəkənlərdə bel ağrıları
olur.

 

Ünsiyyət qurmamaq

Psixoloqlar
bildirirlər ki, əllər insanlar arasında ünsiyyəti təmin edən ən önəmli
orqanlardan biridir. Ona görə də, danışarkən çox vaxt əl-qol hərəkətləri
edirik. Qollarda və əllərdə hiss edilən ağrılar məhz ünsiyyət problemi
ilə əlaqələndirilir. Özünüzü istədiyiniz kimi ifadə edə bilmir və ya
susmağa məcbur qalırsınızsa, əl və qollarda ağrı baş verə bilər.

 

Eqo

Hər
kəs özünü sevməlidir. Ancaq eqo özünü sevməkdən qaynaqlanmır, əksinə
özünə nifrətin bir növüdür. Yalnız özünə güvənməyən insanlar özlərini
tərifləyir, olmadıqları biri kimi görünməyə can atırlar. Təvazökarlıqdan
xəbəri olmayan belə insanlarda tez-tez diz ağrıları müşahidə edilir.

 

Pessimizm, ümidsizlik hissi

Bədənin
bütün yükünü ayaqlar çəkir. Elə mənfi enerji də ayaqlara yığılır.
Ümidsiz, pessimist insanlarda ən çox ayaq ağrıları müşahidə edilir.

 

Qısqanclıq

Ayaq ağrılarının başqa bir səbəbi də qısqanclıq hissidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!