İnsanlıq sevgiyə həsrət gedir

İnsanlıq sevgiyə həsrət gedir
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Bu gün insanlıq insanca davranmağı unutmuş kimidir. Varlıq içindəki fərqliliyimizi ifadə etməkdən çox uzağıq.



Mələklərə
qibtə etdirəcək bir fitrətdə yaradılmağımıza baxmayaraq, xəbis ruhları
belə utandıracaq işlər görürük. Kinlə-nifrətlə oturub qalxır, qeyzlə
coşur və bir-birimizə həmişə intiqam hissləri ilə baxırıq. Sevgi adına
sinələrimiz bomboş, düşmənlik sisi-çəni bürüyüb bütün duyğularımızı və
neçə illərdir ki, xəbərsizik sevginin o əfsunkar iqlimindən. Düşüncə
dəyirmanımız mütəmadi olaraq şər duyğular üyüdür . Ətrafı yaxıb yıxma,
hər şeyi özümüzə bənzətmə və "digəri” dediklərimizi təzyiq altına alma
sanki adi hala çevrilib. Çoxumuz ağla-məntiqə baxmayaraq, həmişə
hisslərimizin yönəltdiyi şəkildə yaşayırıq. Ən bariz şüarımız bizim kimi
düşünməyənləri əzmə, susdurmadır. Bəzi məsələlərin fərqli həll yolları
da ola biləcəyini heç düşünmədən bildiyimizi edir və bu yolda nəçə-neçə
təxribatlara səbəb oluruq. Bir-birimizin qəlbinə girərək can dili ilə,
könül bəyanı ilə özümüzü ifadə etmə, keçmişdə qalmış dəbdən düşmüş bir
məfhuma dönüb...



Eqoistliyimizdən
qaynaqlanan bir çox müxalif düşüncə və bunların təmsilçiləri ilə
qarşı-qarşıya olmanın böhranları ilə oturub qalxırıq. Tez-tez
hiddətlənir, nifrətlə coşur və gücümüz çatsa, qalxıb başlarına çıxırıq.
Əzə bildiklərimizi əzir, güc çatdıra bilmədiklərimizin şərəfi ilə
oynayır, hətta varsa media güc və imkanlarımızla onları yerin dibinə
batırır, ölümdən betər hala qoyuruq Eqoistliyimizdən qaynaqlanan bir çox
müxalif düşüncə və bunların təmsilçiləri ilə qarşı-qarşıya olmanın
böhranları ilə oturub qalxırıq. Tez-tez hiddətlənir, nifrətlə coşur və
gücümüz çatsa, qalxıb başlarına çıxırıq. Əzə bildiklərimizi əzir, güc
çatdıra bilmədiklərimizin şərəfi ilə oynayır, hətta varsa media güc və
imkanlarımızla onları yerin dibinə batırır, ölümdən betər hala qoyuruq.



Hal-hazırda
bu cür mənfi şeylər qarşısında bütün dünyada eşidilən ya zalımların
"hayhuy”u, ya da məzlumların fəğanıdır. Neçə illərdir ki, məzlum, zərər
çəkmişlər diyarı bəzi ölkələr davamlı təzyiq altındadır və xalqları da
inir-inir inildəyir. Ağıllar kütləşdirilmiş, hiss və həyəcanlar
söndürülmüş, əksər insanlar öz dəyərlərinə qarşı yadlaşdırılmış və hər
kəs bir-birinin qurduna döndərilmişdir. Fərqli düşüncə və fərqli
anlayışların bir ixtilaf və ayrılıq səbəbi sayıldığı bu cür
cəmiyyətlərdə vuran-vurana, qıran-qırana önü alınmaz mübarizələr
çıxarılır, insanlar bir-birinə düşmən edilir. Biri, o birinin gözünü
çıxarır, canına qıyır; o da bəridəkinin üzərinə canlı bombalar və ya
bomba yüklü avtomobillərlə yeriyir. Hər yerdə vəhşiləri utandıracaq
vəhşiliklər törədilir...



Çoxlarında
insani ruhdan əsər-əlamət qalmamış.. Vicdanlar isə sanki iflic olmuşdur.
İradələr zalım planlar arxasında, mərifətullah (Allahı tanıma)
rəsədxanası olan zehinlər kirli duyğulara təslim edilmiş, sevginin o
dumduru qaynağı olan hiss dünyası ilan-çayan yuvasına, potensial olaraq
Haqqın müşahidəçisi sayılan könül də tamamilə işığı söndürülmüş bir
dəhlizə dönmüş və bütün insani sistemlər, yaradılış məqsədlərinə zidd
sui-istifadəçiliyin qürbətindədirlər.Əslində, tarix boyu buna bənzər
mənfiliklər həmişə yaşandı, lakin indiki təxribat və şər cərəyanlar, bir
az da qloballaşan dünya və inkişaf edən texnologiyanın da təsiri ilə
çox fərqli və ürpərdici oldu. Hər gün televiziya və internet
ekranlarına, qəzet və məcmuə səhifələrinə baxdıqca dəhşətlə ürpərir və
çox vaxt üzümüzü başqa bir yönə çeviririk. Biz gözlərimizi bağlasaq,
qulaqlarımızı tıxasaq da, qeyri-ixtiyari zehnimizə nüfuz edən bəzi
mənfiliklər yenə sinələrimizə bir ox kimi batır, qəlb və ruhumuzda
sağalmaz yaralar açır. Bəzən üst-üstə yığılmış dərdləri birdən eşidir,
qan və göz yaşı içində qıvrılan insanlarla birlikdə qıvrılır və yıxılıb
yerlə bir olan ümranlarla (mədəniyyətlərə) birlikdə biz də yıxılırıq.
Sanki hər yanda xəzan əsir.. quruyub tökülən yarpaqlar kimidir insanlar
da.. Mehmet Akifin ifadəsi ilə:



"Xarab ellər, sərilmiş xanümanlar (yuvalar), başsız ümmətlər



Yıxılmış körpülər, çökmüş kanallar, yolçusuz yollar



"Qəza” adı ilə dindaş öldürən biçarə dindaşlar



Kimsəsiz aşiyanlar (ev, yuva), kimsəsiz kəndlər, çökük damlar



Əmək məhrumu günlər, fikri-fərda bilməz axşamlar!..”



İçimizə axan şeylər bir haraya çevrilir və bir şey edə bilməmənin iztirabı ilə inləməklə kifayətlənirik.



Halbuki,
hər kəs və hər şey, bizdən uzadılacaq əl gözləyir, amma çox vaxt
laqeydliyimiz və ya acizliyimiz, hissiyatsızlığımız, hərəkətsizliyimiz
və fəryadları cavabsız qoyuşumuz qarşısında kədər hissləri ilə bir daha
yıxılırıq. Az da olsa, bunları eşidib hiss edənlər də var, amma onlar da
gücsüz və imkansızdırlar. Ona görə, olanları gördükcə ölüb-ölüb
dirilir, duyğularını Suzinin: "Yağmır yağışlar, bitmir lalə



Görən bu halımız beləmi qala



Rəhmət dəryasından gələn bu ilə



Vaxtlarda əsən yellər pərişan!..” - nəğmələri ilə səsləndirirlər.



Bütün
bunlar qarşısında insan sarsılır və "Deməli, artıq hər kəs belə
bir-birini yeyəcək.., hər tərəfə çaxnaşma düşəcək.., heç kim heç kimi
ürəkdən sevməyəcək.., insanlar bir-birini düşünməyəcək.., zərər çəkmişə
kimsə əl uzatmayacaq.., məzlumun başı oxşanılmayacaq.., fərdlər
bir-birinə qucaq açmayacaq.., heç harda əmin-amanlıq olmayacaq..,
dünyanın taleyinə qan düşünən, qan danışan, qan tökən qanlı dəlilər
hakim olacaq.., və dünya yenidən tiranlar çağına dönəcək..” demək
istəyir. Bu, belə davam edə bilməz. Belə davam etməsi, insanlığın və
insani dəyərlərin ölümü deməkdir.



Elə isə
gəlin, yolayrıcında olduğumuz bu günlərdə bir daha Yunusların,
Mövlanaların səs və nəfəsində sədalanan bu ümumbəşəri, ilahi çağrılara
qulaq asaraq qəlbdən, səmimiyyətlə "sevgi” və "qardaşlıq” deyək! Gəlin
insan olma fərqliliyini, incəlik və rəngarəngliyi ilə bir daha bütün
dünyaya göstərək.! Gəlin kin-küdrətin, nifrətin dünyanın çöhrəsini
qaraltdığı bu günlərdə bütün səmimiyyətimizlə könüldən bir daha sevgi və
dialoq deyək.! Gəlin vicdanlarımızı ilahi rəhmətin vüsətinə görə bir
genişliyə yüksəldərək hər kəsə qəlblərimizin qapılarını taybatay açaq!
Gəlin özümüzü qurumağa, yox olmağa məhkum bir damla kimi görməkdən
sıyrılaraq şəlalələrlə bütünləşib dərya olmağa çalışaq.! Madam ki,
hamımız insanıq, genlərimizdə Adəm Nəbinin (ə.s.) genləri və məna
kökümüzdə də Həqiqəti-Əhmədiyənin toxumu var deməkdir. Elə isə gəlin,
bütün şeytani təhriklərə baş qaldıraraq yer üzünün xəlifəsi olduğumuzu
və göylərə çıxmağa namizəd olduğumuzu dünyaları vəlvələyə verəcək bir
səslə hayqıraq və insan olma fərqliliyini bir daha mələklərə eşitdirək!
Gəlin, yeridiyimiz yolları genişləndirərək əl-ələ, könül-könülə ancaq
Allaha yönələk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!