Eşitmə qabiliyyətinizdən məmnunsunuz?

Eşitmə qabiliyyətinizdən məmnunsunuz?
Xəstəliklər və müalicəsi
10.09.2017 4
Son illər dünyada eşitmə qabiliyyətini itirənlərin sayı sürətlə artır. Alimlər
bunun səbəbi kimi qulaqlıqdan istifadə etmək, həddən artıq yüksək səsdə
musiqi dinləmək, səs-küylü, böyük şəhərdə yaşamaq kimi fərqində
olmadığımız təhlükələri göstərir. Eşitmə qabiliyyətinin
tamamilə itməməsi üçün erkən diaqnoz çox önəmlidir.

Bəs eşitmə qabiliyyətiniz sizi qane edir?

 

*Həkimlər
bildirir ki, müəyyən xəstəliklər və istifadə edilən dərmanlar karlığa
səbəb ola bilir. Bu səbəbdən, hər hansı dərman vasitəsinin
istifadəsindən sonra eşitmə qabiliyyətində fərqlilik hiss etdikdə dərhal
həkimə müraciət etmək lazımdır.

Təzyiq dərmanları və aspirin bu baxımdan ən təhlükəli preparatlar hesab edilir.

 

*Özünüz
fərqində olmasanız da, ətrafdakılar sizə yüksək səslə danışdığınızı
deyirlərsə, bu qulaqda müəyyən problemlərin baş verdiyini göstərir. Belə
olan halda, həkimə getmək mütləqdir.

 

*Uşaqların nə dediyini anlmaqda çətinlik çəkir, həmçinin, "S” və "F” səslərini eşidə bilmirsinizsə, dərhal həkimə müraciət edin.

 

*Telefonla
danışarkən qarşı tərəfin dediklərini ayırd etmək və ya bir neçə nəfərin
eyni vaxtda danışdığı anlarda çaşbaş qalmaq da, eşitmə qabiliyyətinin
zəiflədiyindən xəbər verir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!