Haymorit (Sinuzit) və onun əlamətləri

Haymorit (Sinuzit) və onun əlamətləri
Xəstəliklər və müalicəsi
10.09.2017 62
Sinuzit (Haymorit) Nədir?

Haymor:Burun
və göz ətrafındakı sümüklərin daxilindəki boşluqlara verilən addır. Bu
boşluqların burun içinə çıxışını təmin edən kanallardakı tıxanıqlar
səbəbilə iltihablanma nəticəsində ortaya çıxan infeksiyaya sinuzit
deyilir. Sinuzit kəskin və xroniki olmaqla iki növü vardır. 

Kəskin
Sinuzit: Burun tıxanıqlığı, sarı, yaşıl və ya qanlı burun axıntısı,
gözlər ətrafında ağrı, diş ağrısı ilə qarışan yanaq ağrısı, üzdə təzyiq
hissi, qabağa əyilməklə artan üz və ya baş ağrısı, pis ağız qoxusu
əlamətləri ola bilər. Bəzən də quru öskürək, yüngül temperatura və ya
mədə narahatlığı kimi şikayətlər görülə bilər. 

Xroniki
Sinuzit:Əlamətlərinin müddəti üç aydan uzundur. Tünd burun axıntısı,
gəniz axıntısı, burun tıxanıqlığı, qoxu hiss edə bilməmə və xüsusilə
gecələr artan öskürək kimi əlamətləri görülə bilər.sinüzit-tedavisi 



Üz
sümükləri içərisində və burunun daxili quruluşunu təşkil edən
sümüklərdəki hava boşluqlarına sinus deyilir.Sinuslar burunun hər iki
tərəfində və 4 ayrı adda olur. Burunun düz yan tərəflərində yerləşən
boşluqların ən böyüyüdür. Burunun üst tərəfində alın sümüyü içindəki
sinusa frontal sinus, burunun arxa və üst tərəfində yerləşən və orta
xəttdə tək olan sinusa sfenoid sinus deyilir. Bundan başqa, burunun yan
üst tərəflərində bir çox kiçik boşluqdan ibarət hissələrə də etmoid
sinus deyilir. 



Sinuziti əmələ gətirən faktorlar nələrdir?

Qış
aylarında, xüsusilə evlərdə yaxşıca quruyan hava, haymorit (sinuzit)
inkişafına səbəb olacaq şəraiti ortaya çıxarır. Digər tərəfdən, yüngül
soyuqdəymə,qrip varkən təyyarə ilə səyahət edilməsi,su altına enmək,
uzun müddət soyuq havaya məruz qalınması və allergiya vəziyyətinin davam
etməsi haymoritə (sinuzitə) səbəb olur və ya mövcud olan haymoriti daha
ağır vəziyyətə salır. 



Bütün
sinuslar bir deşik vasitəsi ilə burun içinə açılırlar. Sinuslar; Havanı
qızdıraraq ağciyərə çatmasını təmin etmək, nəmləndirmək və insanın
səsini tənzimləmək kimi vəzifələri vardır. Bu içi hava dolu ciblərin
burunla əlaqəsini təmin edən və hava giriş çıxışına imkan verən buruna
açılan ağızları vardır.Uzun müddət davam edən və yaxşı müalicə edilməyən
soyuqdəymədən sonra, allergik səbəblərə bağlı burunun iç sümük
toxumasının və burun ətlərinin şişməsi, quruluşuqca bəzi səbəblərə bağlı
olaraq burun ilə boşluqların hava mübadiləsi kəsildiyi üçün bu hava
boşluqlarında mikroblar çoxalmağa başlayır və boşluqlar iltihablanır. Bu
vəziyyətə SİNUZİT adını veririk. Sinus iltihaplanmasının səbəbi
bakteriyalar və viruslar ola bilər. 



Sinusların
funksiyaları tam olaraq aydın deyil. Ancaq səs resonansının təmin
olunması, tənəffüs havasının nəmləndirilməsi və qızdırılması ilə zərərli
partikulların tutulması kimi vəzifələri vardır. Həmçinin baş çəkisinin
azaldılması funksiyasını da yerinə yetirirlər. Bütün sinusların içini
döşəyən sümük toxumaları, hər gün müəyyən miqdarda ifraz edirlər. Bu
ifrazatlar burun içinə tökülərək oradan da boğaz və mədəyə gedir. 



Sinuzitin Əlamətləri

Bir
aydan qısa davam edən sinuzitə kəskin, daha uzun müddət davam edən
sinuzitlərə isə subakut və xroniki deyirik. Güman edildiyinin əksinə,
sinuzitlərin ən çox rastlanan əlaməti baş ağrısı deyil. Hətta baş ağrısı
sinuzitdə nadir hallarda görülən bir simptomdur. Ən çox görülən
simptomlar: 



-Burun tıxanısunızıtyqlığı 

-Sarı, yaşıl rəngli və ya qanlı burun axıntısı 

-Göz ətrafında və yanaqlarda ağrı 

-Başda təzyiq hissi 

-Qabağa əyilməklə artan üz ağrısı 

-Pis ağız qoxusu 



Bəzən də quru öskürək, yüngül qızdırma və gəniz axınına bağlı mədə bulanması,iştahsızlıq kimi şikayətlər görülə bilər. 



Diaqnozu

Xəstənin
şikayətləri və müayinə nəticələrinə görə sinuzit olması düşünülsə belə
qəti diaqnoz radioloji olaraq çəkilən filmlər nəticəsində
qoyulur.Xüsusilə müalicəyə cavab verməyən və ya əməliyyata göstəriş
hesab edilən xəstələrdə mütləq kompüterli tomoqrafiya çəkilməlidir.
Kompüterli tomoqrafiya burun içi və sinuslar haqqında həkimə çox faydalı
məlumatlar verir. 



Sinuzitin Qarşısının Alınması Üçün Edilə Biləcəklər

Sinuzitin
qarşısını almaq məsələsində xüsusilə burun ilə sinuslar arasındakı
kanallarda bir darlıq varsa daha həssas olmalısınız. Allergiya
probleminiz varsa bu barədə lazımi tədbirlər görülməlidir və lazım olsa
allergiyaya qarşı müalicə aparılmalıdır. Xüsusilə qış aylarında
qızdırıcıların yol açdığı quru hava sinus infeksiyalarının yaranmasına
şərait hazırlayır. İdeal rütubət nisbəti olan%35-%50 səviyyələrini təmin
etmək üçün evinizdə nəmləndirici cihazlar ya da sadə qış aylarında
qızdırıcıların üzərində su dolu qablar qoya bilərsiniz. Sinuzitə tez-tez
yaxalanan şəxslərin yay aylarında xüsusilə hovuzda dərinə dalmaması və
başını suya salmaması tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!