Miqrendən əziyyət çəkmək istəmirsinizsə...

Miqrendən əziyyət çəkmək istəmirsinizsə...
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Kifayət qədər maqnezium qəbul etmədikdə təhlükəli vəziyyətlə üzləşə bilərsiniz.

maqnezium
çatışmazlığının ilkin əlamətləri ürəkbulanma, yorğunluq və iştahanın
kəsilməsidir. Ancaq bunlar başqa problemlərin də əlaməti ola bilər. Belə
halla üzləşərkən problemin maqnezium çatışmazlığında olduğu heç kimin
ağlına gəlmir.

 

Qadınlar gündəlik olaraq 320 mq, kişilər isə 420 mq maqnezium qəbul etməlidir.

 

Qida
rasionunuzda bütöv dənli taxıllardan hazırlanmış qidalar, həmçinin,
paxlalı bitkilər, çərəz, göyərti və tərəvəzlər geniş yer tutursa,
maqnezium çatışmazlığından narahat olmağa dəyməz.

Ancaq aşağıdakı əlamətlər varsa, həkimə müraciət etməlisiniz:

 

1. Yüksək təzyiq

Kifayət qədər maqnezium qəbul etməyəndə təzyiq yüksələ bilər.

 

2. Əzələ spazması

Orqanizm uzun müddət maqneziumsuz qaldıqda əzələ spazmaları müşahidə edilə bilər.

 

3. Sümük əriməsi

Maqnezium sümükləri gücləndirir və sizi sümük əriməsindən qoruyur.

 

4. Başağrısı

Araşdırmalar
göstərib ki, miqrendən əziyyət çəkənlərin çoxunda maqnezium
çatışmazlığı müşahidə edilir. Orqanizmdə kifayət qədər maqnezium
olmadıqda başağrısı müşahidə edilir, həmçinin, miqrenə yaxalanmaq riski
artır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!