Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası

Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Xəstəliklər və müalicəsi
10.09.2017 41
Sosial kənarlaşdırılma insanın qısa və ya uzun müddətli olaraq, bir qrup və ya bir fərd tərəfindən özündən kənar edilməsidir.

Bu
hal sosiologiya, psixologiya, iqtisadiyyat kimi elm sahələri tərəfindən
fərqli bucaqlardan yanaşmalarla araşdırılmaqdadır. Gündəlik olaraq
birinin bizdən küsməsi (səssiz rəftarı), bir sevgi partnyoru tərəfindən
rədd edilmə, ya da kimlərsə tərəfindən görməməzlikdən gəlinmə kimi
vəziyyətlər, sosial kənarlaşdırılmanın mənfi psixoloji təsirlərini
ortaya çıxarır.

Bəzi
fərdlərin qrupdan xaric edilib, bəzilərinin ora daxil edilməsinin
bioloji baxımdan da adaptiv bir qrup davranışı olduğu düşünülməkdədir.
Məsələn heyvan qruplarında qrupa zərəri dəyə biləcək heyvanın qrupdan
kənarlaşdırıldığı müşahidə edilməkdədir. Bunun sayəsində qrup həyatda
qalma şansını artırsa da, kənarlaşdırılan fərd təhlükəsizlikdən, qidadan
və müdafiədən məhrum qalıb, ölümlə üz-üzə gələ bilir.



Kənarlaşdırılmanın gücü

Beyində
bədəndəki əzablara reaksiya olaraq aktivləşən bölgə ilə kənarlaşdırılma
zamanı aktivləşən bölgə (dACC bölgəsi) bir-birinə çox bənzərdir. Bu
məlumata əsaslanaraq, beynimizin kənarlaşdırılma ilə fiziki əzabı oxşar
şəkildə təcrübədən keçirdiyi və eyni zamanda kənarlaşdırılmanın çox
güclü fiziki reaksiyalar yaratdığı nəticəsinə gələ bilərik.

Sosial
psixologiyada kənarlaşdırılma hadisəsi təcrübə yolu ilə də göstərilə
bilər. Məsələn yeni qatıldığımız bir qrupda bizimlə heç kimin
maraqlanmaması və qrup üzvlərinin yalnız öz aralarında ünsiyyət
qurmaları da qısa müddətli bir kənarlaşdırılma təcrübəsinə nümunədir.
Belə bir kənarlaşdırılma, insanın dörd təməl ehtiyacını ödəməsinə mane
olmaqda və insanda mənfi duyğular yaratmaqdadır. Əngəllənən bu
ehtiyaclar isə aşağıdakılardır:

1) Özünə nəzarət ehtiyacı

2) Həyata məna qatma ehtiyacı (və ya mənalı varlığa sahib olma ehtiyacı)

3) Aid olma ehtiyacı

4) Mənliyin qorunması ehtiyacı



Ağır
çəkili insanların, etnik azlıqların və ya cinsi azlıqların yaşadıqları
kənarlaşdırılma növü, uzun müddətli kənarlaşdırılma növüdür. Belə
hallarda fərdin artıq kənarlaşdırılmanın öhdəsindən gəlmə bacarıqları
zəifləmiş olur. Şəxs artıq özünü cəmiyyətdən təcrid etməyə, özünü
çarəsiz və depressiv hiss etməyə başlayır.

Kənarlaşdırılma
hadisəsi bir canlı üçün o qədər təsirlidir ki, bir qrup tərəfindən
kənarlaşdırılmanın bizə hətta faydası toxunsa belə, bu kənarlaşdırılma
hadisəsindən mənfi təsir görməkdəyik. Van Bist və Uilyams adlı
tədqiqatçıların bu sahədə apardıqları təcrübələrdə, təcrübəyə qatılıb
kənarlaşdırılanlara pul verildiyi halda belə, onların bu vəziyyətdən
mənfi təsirə məruz qaldıqları müşahidə edilmişdir. Hətta yalnız başqa
birinin kənarlaşdırılmasına şahid olmağımız belə, özümüzün də sanki
kənarlaşdırılırmışıq kimi mənfi hisslər keçirməyimizə səbəb olmaqdadır. 



Kənarlaşdırılmanın öhdəsindən necə gəlməliyik?

Kənarlaşdırılmanın
yaratdığı mənfi duyğuların və ehtiyacların gördüyü zərərin bərpası həm
fərdi şəkildə, həm də situasiya dəyişkənliyinə uyğun olaraq fərqli
şəkildə olur. Məsələn, sosial qayğıları olan kəslər, güvəndikləri kəslər
tərəfindən kənarlaşdırılanlar, kənarlaşdırılmasını özünün hansısa mənfi
xüsusiyyətinə şamil edənlər və rədd edilmə həssaslığı yüksək olan
kəslər (rejection sensitivity) kənarlaşdırılma ilə daha uzun müddətli və
daha çətin bir mübarizəyə girməkdədirlər.

Kənarlaşdırılan
kəslərdən bəziləri yuxarıda bəhs edilən dörd ehtiyacını yenidən təmin
edə bilmək üçün qəzəbli bir şəkildə özlərinə və ya cəmiyyətə zərər verə
biləcək davranışlar göstərərkən; bəziləri də yenidən qəbul edilmələrini
təmin edəcək şəkildə uyğunlaşma davranışları göstərərlər. Daha detallı
desək, kənarlaşdırılmanın nəticəsində "aid olma ehtiyacı” və "mənliyin
qoruması ehtiyacı” zədələnən insanlar, bu ehtiyaclarını aradan qaldırmaq
üçün digərləri ilə yenidən əlaqə qurmağa çalışa bilirlər. Tədqiqatçı
Uilyams kənarlaşdırılma hissi yaşayan kəslərin özlərini yenidən
bəyəndirmək üçün baş vurduqları dörd maraqlı üsuldan bəhs etməkdədir.
Birinci üsulda kənarlaşdırılan adam, onu kənarlaşdıranlara bənzər
olduğunu isbat etmək üçün onların davranışlarını təqlid edə (təkrarlaya)
bilir. İkinci öz işində müvəffəqiyyətli olmaq üçün daha çox səy göstərə
bilir. Üçüncü ödəmək istəmədiyi bəzi tələbləri könüllü şəkildə ödəməyə
qərar verə bilir. Sonununcu isə yenidən qəbul edildiyini görə bilmək
uğrunda daha güclü sosial davranışlar qazanaraq, dost axtarışında daha
çox səy göstərə bilir.

Özünə
nəzarət ehtiyacları ilə həyata məna qatma ehtiyacları zədələnən
insanlar, sevilməyi və ya uyğunlaşmağı artıq önəmə almaya bilirlər. Bu
kəslərdən bəzilərinin, öz həyatlarına nəzarətə sahib olduqlarını hiss
edə bilmək üçün digərlərinə qarşı güc tətbiq etdikləri və mənalı bir
varlığa sahib olduqlarını qəbul etmələri üçün onları əsəbi şəkildə
məcbur etdikləri də düşünülməkdədir. Belə bir vəziyyətdə olan adam əgər
güvəndiyi bir adam tərəfindən kənarlaşdırılırsa, və ya bir-birini
tanıyan insanlar tərəfindən kənarlaşdırılırsa, ya da ki,
kənarlaşdırılmasını ədalətli görmürsə, onun aqressiyası daha yüksək
olur.



Kənarlaşdırılan insan qrupları üçün nələr edilə bilər?

Uzun
müddətli kənarlaşdırılmaya məruz qalan stiqma edilmiş (damğalanmış)
qrupların fərdləriylə, dəyərsizlik hissi, depressiya və sosial
izolyasiyanı aradan qaldıracaq işlər görülməlidir. Buna müxtəlif növ
dəstəklər, terapiyalar və internet dostluqlarının da köməyi dəyə bilər.
Məsələn, nümunə üçün qeyd edək ki, təcrid edilmiş insanların evcil
heyvan sahibi olmağı xoşladıqlarına çox rast gəlinməkdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!