Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Ortaq daraqdan istifadə xəstəlik yarada bilər
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir. 



Dermatoloq,
dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı
heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk
xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə,
xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri
altına alır. Adətən qırmızı pulcuqlu bir nöqtə ilə başlayır. Bu nöqtə
zaman keçdikcə xaricə doğru yayılır. Yaranın mərkəzi yaxşılaşmağa
başlayıb bir halqa şəklini ala bilər. 



Bu,
saçlı dəridə, bədən, qol, ayaq dərisində, dırnaqda yarana bilər. Saçlı
dəridə uşaqlıq dövründə pis gigiyenik şərtlərdə yaşayanlarda müşahidə
olunur. Bədən, qol və ayaq dərisində yaranan göbələk infeksiyaları daha
çox ev heyvanları, böyük-kiçik baş heyvanlar və torpaqdan keçir. Tək və
çox sayda, dairəvi, qırmızı, kəpəkli formada özünü göstərir. 



Göbələk yoluxucu xəstəlikdir. Daraq, dəsmal və yataq kimi şəxsi əşyalara təmas yolu ilə də yayıla bilir. 



Uşaqlarda
yetkinlərdən daha çox yayılıb. Dırnaq göbələyi daha çox ayaq
dırnaqlarında uc və yan hissələrdən başlayan dırnaqda qalınlaşma və
saralma ilə özünü büruzə verir. Göbələk xəstəliyində qaşınan yeri
qaşımamaqda fayda var. Çünki qaşıma zamanı dərinizi zədələyə bilərsiniz.
Bu da nəticədə başqa infeksiyaların yaranmasına səbəb ola bilər və ya
barmaqlarınızdakı göbələk bədəninizə yayıla bilər. Bu xəstəlik zamanı
müalicə xəstənin kliniki vəziyyətinə əsasən təyin olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!