Özünüzü bədbəxt hiss edirsiniz? – Deməli...

Özünüzü bədbəxt hiss edirsiniz? – Deməli...
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Uzun müddət davam edən depressiyanın səbəbi qalxanabənzər vəzinin pis işləməsi ola bilər.

 türkiyəli həkim-endokrinoloq Gökhan Özişıq qalxanabənzər vəzinin müalicəsi haqqında məlumatlar verib.

 

Nəfəs
borusunun və qırtlağın önündə olan kəpənək şəklindəki qalxanabənzər
vəzi bədəndəki bütün hüceyrələr üzərində güclü təsirə malikdir. T3 və T4
hormon istehsal edən qalxanabənzər vəzi bunları toplayır və lazım
olduğu zaman bu hormonları qan dövranına göndərir.

 

Bir
növ "dirijor” kimi mühüm funksiyaları yerinə yetirən qalxanabənzər
vəzinin xam maddəsi yoddur. Qalxanabənzər vəzi duz, içməli su və qidalar
yolu ilə qəbul edilən yodla işləyir.

 

Hansı problemlərə yol açır?

 

Gökhan
Özişığın sözlərinə görə, qalxanabənzər vəzinin lazım olandan az hormon
ifraz etməsi xəstələrdə fiziki funksiyaların ləngiməsinə səbəb olur.
İnsan özünü daim yorğun, stressli və depressiyada hiss edir. Əgər
əlamətlərin bir neçəsi mövcuddursa, bu orqanın funksiyası mütləq
yoxlanmalıdır.

 

Qalxanabənzər vəzinin pis işləməsinin əlamətləri nələrdir?

 

Köklük probleminə yol açır, arıqlamağa mane olur;

Halsızlıq;

Əllərdə, üzdə şiş, ayaqlarda, baldırlarda ağrılar;

Dəridə quruluq və qaşıntı;

Soyuğa dözümsüzlük;

Saç tellərinin solğunlaşması, saç tökülməsi, kirpiklərdə və qaşlarda seyrəlmə;

Qəbizlik;

Səsdə kobudlaşma;

Zob;

Unutqanlıq və diqqət pozğunluğu;

Menstruasiyanın pozulması, sonsuzluq;

 

Qalxanabənzər vəzinin çox işləməsinin əlamətləri nələrdir?

 

Hipertiroid,
yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı da bir çox
problemlər yaradır. Türkiyəli mütəxəssis  bildirib ki, qalxanabənzər
vəzinin lazım olandan çox hormon ifrazı maddələr mübadiləsini
sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların
başında iştahanın yaxşı olmasına baxmayaraq, kilo itkisi, sakit
vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, ürək döyüntüsünün
artması, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri,
yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ
ağrıları və aybaşı pozğunluğu hesab edilir.

 

Xəstənin
ümumi müayinəsi aparıldıqdan sonra mütləq qalxanabənzər vəzinin
böyüyüb-böyümədiyinə nəzarət edilməlidir. Qan analizi də aparılmalıdır.
Qalxanabənzər vəzinin səbəbləri müvəqqəti olmaqdan əlavə, daimi
narahatçılığa da ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!