Qripə yoluxanlar süddən uzaq dursun!

Qripə yoluxanlar süddən uzaq dursun!
Xəstəliklər və müalicəsi
10.09.2017 55
Qripə
yoluxanlar və soyuqdəymədən əziyyət çəkənlər üçün internetdən istənilən
qədər məsləhət tapmaq olar. Bu məlumatların əksəriyyəti xəstəliyin
öhdəsindən gəlmək üçün nə yeyib, nə içməli olduğunuz haqqındadır.

 

 

Aşağıda adını çəkdiyimiz yemək və içkilərdən imtina etsəniz, daha tez sağalacaqsınız.

 

1.Şəkərli içkilər

Şəkər
infeksiyalarla mübarizə aparan ağ qan hüceyrələrinin işini
çətinləşdirir. Tərkibində şəkər olan bütün qidalardan imtina eləyin.
Xüsusilə tərkibində şəkər olan içkilər menyudan çıxarılmalıdır. Xəstəlik
zamanı adi su içmək lazımdır.

 

2.Süd məhsulları

Bir
çoxları xəstəlik zamanı isti süd içir. Çünki bəzi mənbələrdə südün
sinəni yumşaltdığını deyilir. Lakin bu, səhv məlumatdır. Südün sinəni
yumşaltması bir yana, o, bəzən vəziyyətin daha da pisləşməsinə səbəb
olur. Həkimlər xəstəlik zamanı süd və süd məhsullarından uzaq durmağı
məsləhət görür.

 

3.Spirtli içki

Spirtli
içkinin mikrobları məhv etdiyini düşünərək xəstəlik zamanı da
içkilərdən vaz keçmək istəməyən insanlar kifayət qədərdir. Ancaq spirtli
içkilər də şəkər kimi orqanizmin özünümüdafiə sistemini alt-üst edir.

 

4.Karbohidratlar

Çörək,
duzlu biskvit kimi qidaların tərkibində olan karbohidratlar bədən üçün
yararlı deyil. Xəstəlik zamanı karbohidratlarla zəngin qidalar yemək
olmaz. Çünki bu tip qidaların tərkibindəki karbohidratlar asanlıqla
şəkərə çevrilir və orqanizmin infeksiyalara məğlub olmasına gətirib
çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!