Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır

Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır
Xəstəliklər və müalicəsi
10.09.2017 19
Əllərdə
ağrı, keyimə, bəzən əzələ gücsüzlüyü kimi əlamətlər varsa, bunun səbəbi
Karpal tunel sindromu ola bilər. Bu sindrom Median sinirin bilək
nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

 əldəki
sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir.
Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və
müalicəsi haqqında məlumat verib.

 

Travmatoloq-Ortoped
Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət
eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə
klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

 

Müalicə üsulları hansılardır?

Həkim
bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə
inyeksiyaya ehtiyac duyulur: "Digər hallarda adətən, fiziki müalicə
(barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq
olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa,
kiçik cərrahi ilə müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul
xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik
cərrahiyyə istifadə edilməklə keçirilə bilər”.

 

Hamilə xəstələrdə də əl biləyi sindromu tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!