Xaşimoto zobu (autoimmun tireoidit)

Xaşimoto zobu (autoimmun tireoidit)
Xəstəliklər və müalicəsi
10.09.2017 53
Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir. 



İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib. 



Xaşimoto
xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki
xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir. 



Xaşimoto
xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi
hüceyrələrini (bu hüceyrələr \"tireositlər\" adlandırılır) \"yad\"
hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır. 



İlkin
mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin
hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə
hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının
inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin
arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez
dəyişilməsi, yuxusuzluq və s. 



Xəstəlik
inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və
nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin
zəifləməsi) simptomları meydana çıxır - çəkinin \"səbəbsiz\" artması,
dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq,
nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində
inkişaf edir. 



Adətən xəstədə qalxanvari vəzi böyüyür, \"zob\" əmələ gəlir. 



Xəstəliyin
ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun
dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının
analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin
aşkar olunması üçün analiz keçirilir və USM aparılır. 



Xaşimoto
xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə
hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları).
Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir. 



Həkimlərin
fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin
(dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin
əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil
olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun
həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin
funksiyasını 

pozur. 



Tərkibində
yod olan preparatları və qida əlavələri ilə xüsusilə diqqətli olmaq
lazımdır. Bu kimi preparatları yalnız həkim və yalnız müayinədən sonra
təyin edə bilər. Bu preparatların özbaşına qəbulu insan orqanizminə
ciddi ziyan vura bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!