Qara ciyər – çox vacib orqandır

Qara ciyər – çox vacib orqandır
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Qara
ciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır.
Onun orta çəkisi 1,5 kq-dır.Hesablamalara görə qara ciyər orqanizmdə
500-dən artıq müxtəlif funksiyalar icra edir. 



Ona
görə də qara ciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün
orqanizmə mənfi təsir edir. Qara ciyərin xaric edilməsi və ya məhv
olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur. 



Bəs, qara ciyərin əsas vəzifələri hansılardır? 



1. Qara ciyər orqanizmin biokimyəvi laboratoriyasıdır.

Həkimlər
onu məhz belə adlandırırlar. Bu qara ciyərin ən əsas funksiyalarından
biridir. Məhz burada, dəri, ağ ciyərlər və bağırsaqlar vasitəsi ilə
orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması - fəaliyyət
göstərməsi üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr
(bunlar olmasa orqanizm yaşaya bilməz) istehsal olunur. Qara ciyər,
yağların həzm edilməsi üçün vacib hesab edilən öd də istehsal edir. Gün
ərzində qara ciyər 1 litrə yaxın öd hasil edir. Öd, qara ciyərin altında
yerləşən öd kisəsində (ödün saxlanması üçün kisə) saxlanılır və lazım
olduqda həzm prosesində istifadə olunur. 



2. Qara ciyər – anbardır.

Orqanizm
üçün gərəkli olan maddələr qara ciyərdə toplanaraq, ehtiyac yarandıqca
orqanizm tərəfindən istifadə olunur. Qan zərdabında hər zaman qlyukoza -
başqa sözlə desək şəkər olmalıdır. Bu, beyin və əzələ hüceyrələri və
eritrositlərin fəaliyyət göstərməsi üçün əsas enerji mənbəyidir.
Hüceyrələr hər zaman qlyukoza ilə təmin olunmalıdırlar, əks halda onlar
sadəcə olaraq yaşaya bilməzlər. Qlyukozanın ehtiyatı məhz qara ciyərdə
saxlanılır. Qlyukoza suda həll olduğu üçün onu ehtiyat şəklində toplamaq
orqanizm üçün münasib deyil. Buna görə də qara ciyər, qanda artıq
miqdarda olan qlyukoza molekullarını tutaraq, onları həll olunmayan
polisaxarid olan qlikogenə çevirərək, qranullar (dənəciklər) şəklində
qara ciyər hüceyrələrində saxlayır və tələbat yaranan kimi yenidən
qlyukozaya çevirərək qana daxil edir. Qara ciyərdə həmçinin
vitaminlərdən - A, D, E, K, S, B12, nikotin və fol turşuları, mineral
maddələrdən – mis, sink, kobalt, molibden və s. ehtiyatları da
saxlanılır. Qara ciyərdə orqanizm üçün həyati əhəmiyyət kəsb edən və qan
hüceyrələri olan eritrositlərin tərkibinə daxil olan, dəmir elementi də
toplanılır. 



3. Qara ciyər – bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.

Orqanizm
üçün "artıq” hesab edilən və ya öz funksiyasını sona qədər yerinə
yetirən maddələr məhz qara ciyərdə parçalanırlar. Məsələn, qan
hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün
orqanizmdən xaric edilməlidirlər. Qara ciyərdə belə eritrositləri
tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. "Qoca”
eritrositlərdən qara ciyərdə öd hazırlanır. 



"Artıq”
hesab edilən hormonlar da qara ciyərdə parçalanırlar. Qlyukozanın
qlikogenə çevrilməsində iştirak edən insulin və qlyukaqon hormonları,
cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan
adrenalin və s. bu kimi hormonlardandır. Qara ciyərin xroniki xəstəliyi
zamanı "artıq” hormonların qanda yığılması nəticəsində orqanizmin
fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qara ciyədə olan xəstəliklər
nəticəsində, "artıq” olan cinsi hormonların qanda toplanması
nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və
hətta sonsuzluq da yarana bilər. 



4. Qara ciyər – təbii filterdir (süzgəcdir).

O,
maddələr mübadiləsi nəticəsində orqanizmin özünün daxilində əmələ
gələn,həmçinin, qida, su, hava ilə orqanizmə xarici mühitdən daxil olan –
zəhərləri, toksinləri, kanserogen maddələri (xərçəng xəstəliyini törədə
bilən maddələr) tutaraq onları parçalayır. Bir sıra mürəkkəb biokimyəvi
çevrilmələrdən sonra bu toksinlər suda həll olunan zərərsiz maddələrə
çevrilərək, sidik və ya öd vasitəsi ilə bədəndən xaric olurlar. Qara
ciyərin, cəmi bir neçə saat ərzində, öz fəaliyyətini dayandırması,
orqanizmin tez bir zamanda toksiki maddələrlə zəhərlənərək məhv olmasına
səbəb olur. 



Qara
ciyərdə qanda olan bakteriyaları tutan xüsusi hüceyrələr də vardır. Bu
hüceyrələr tutduqları mikroorqanizmləri udaraq onları məhv edirlər. 



5. Qara ciyər – qan anbarıdır.

Qara
ciyərdə xeyli qan vardır, ancaq onun heç də hamısı qan dövranında
iştirak etmir. Bu qanın kifayət qədər çox hissəsi (ümumi miqdarının
10%-ə qədəri) ehtiyatda saxlanılır. İnsan xeyli miqdarda qan itirdikdə,
qara ciyərdə olan damarlar sıxılaraq, öz qan ehtiyatlarını ümumi qan
dövranına qovaraq insanı şokdan xilas edir. 



Bütün
bu deyilənlərdən bizə aydın olur ki, qara ciyər orqanizmin çox vacib
olan orqanıdır və onun fəaliyyətinin pozulması bir çox hallarda həqiqi
fəlakətə də səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı
müdafiəsinin də qayğısına qalmışdır. Qara ciyər çox yüksək dərəcədə
davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir.
Orqanizmdə olan heç bir digər orqan, qara ciyər kimi, regenerasiya
edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil! Bu
orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində o özünü
tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir! Ancaq bu
heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi olaraq
ona təsir etməsi nəticəsində o, özünü bərpa etmək funksiyasının
öhdəsindən gələ bilmir ki, bu halda, qara ciyərin müxtəlif xəstəlikləri
(və hətda ən qorxulu olan qara ciyər sirrozu-məhv olması) inkişaf etmiş
olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!