Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat

Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat
Xəstəliklər və müalicəsi
10.09.2017 36
Müasir
dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Dünyada hər
il minlərlə insan bu xəstəliyə yoluxur. Bunun ən böyük səbəblərdən biri
də məhz məlumatsızlıqdan qaynaqlanır. Biz bu qorxulu xəstəlik haqqında
nə bilirik? Xərçənglə mübarizə etmək üçün nələr etməliyik? Gəlin özümüzü
və sevdiklərimizi sığortalamaq üçün, bu xəstəliyin yaranma və inkişaf
etmə prosesiylə tanış olaq.

Xərçəng nəstəliyi necə yaranır?
Bədənimiz
müxtəlif hüceyrə növlərindən ibarətdir. Bir insanda mövcud olan
hüceyrələrin ümumi sayı təqribən 100 trilyona qədərdir.  Ölü
hüceyrələrin yenilənməsi və yaralanan toxumaların bərpası məqsədilə
hüceyrələr bölünür. Mürəkkəb bir sistem lazımi yerlərdə uyğun miqdarda
hüceyrə istehsalını və düzgün genetik bazayla təchiz olunmasını təmin
edir. Hüceyrənin hara aid olduğu, nə qədər bölünə biləcəyi və nə vaxt
öləcəyi barədə məlumatlar hüceyrə nüvəsində qeyd edilir. Hər bölünmədə
bu məlumat kopyalanıb bala hüceyrəyə ötürülür. Bu proses bədənimizdə hər
saniyə milyon dəfələrlə təkrarlanır. Nəzarətli olaraq həyata keçirilən
hüceyrə bölünməsi, bədənimizi işlək halda saxlamağa kömək edir. Genetik
məlumat səhv oxunduğu hallarda isə hüceyrə mutasiyaya, bir başqa ifadə
ilə desək daimi dəyişikliyə məruz qalır.
Mutasiya (daimi dəyişiklik) nə deməkdir?
Mutasiyaya
uğrayan hüceyrədə sağlam hüceyrədən fərqli olaraq, parçalanma və
orqanizmdəki funksiyasına dair müxtəlif məlumatlar qeyd edilmişdir.
Ehtiyac olmasa da, bu hüceyrə bölünür. İmmun sistemi xətalı hüceyrələri
bərpa edə bilmir və bu yolla da mutasiyaya uğrayan hüceyrələr
varlıqlarını davam etdirir. Nəzarətsiz parçalanma başlayır və
uzunmüddətli dəyişikliyə məruz qalmış hüceyrələr çoxalır. Hüceyrələrin
həddən artıq çoxalması mütəxəssislərin neoplaziya adını verdikləri
şişkinlik və tumorlar əmələ gətirir. Beləliklə, həmin qorxulu şiş
meydana gəlir. Bu şişlər də öz növbəsində xoş xassəli və pis xassəli
olaraq iki yerə bölünür. Pis xassəli olan şişlər də xərçəng adlanır.
Pis xassəli şişin xoş xassəli  şişdən fərqi nədir?
Pis
xassəli şişlər sürətlə böyüyür. Mövcud olduqları toxuma və orqandan
kənara çıxaraq, digər orqan və toxumalara da yayılıb, zərər verə bilir.
Xərçəng bəlli olmadığı bir anda qan-limfa damarları orqanizmin başqa
nöqtələrinə sıçraya bilir. Bu vəziyyətə "yerdəyişmə” mənasında işlədilən
metastaz adı verilir. Metastaz halında adətən ağciyər, qaraciyər və
beyin kimi orqanlar hədəf olur.
Xoş
xassəli şişlər isə daha yavaş böyüyür. Yayılmır, sadəcə olduqları yerdə
böyüyür və damarlar vasitəsilə bədənin başqa nöqtələrinə sıçramır.
Metastaza səbəb olmurlar. Ümumiyyətlə, həyatı təhlükəyə yol açmırlar.
Əməliyyatla alındıqda nadir hallarda yenidən böyüyürlər. Hər xərçəng
hadisəsi ölümlə nəticələnməyə bilər. Erkən diaqnoz, müalicə şansını
artırır.
Xərçəng hüceyrəsi özünü gizlədə bilərmi?
Xərçəng
xəstəliyi olan hüceyrələr sağlam hüceyrələrin tipik xüsusiyyətlərini
əks etdirərək özlərini "görünməz” edə bilirlər. Beləliklə, müəyyən
edilməmişdən uzun müddət əvvəldən özlərini gizlədə bilirlər. Bu bəzən
illər, hətta on illərlə vaxt ala bilər. Mutasiyaya uğramış xərçəng
hüceyrələrinin qocalma və ölüm dövrləri sağlam hüceyrələrdəki ilə eyni
olmaya bilər. Xərçəng xəstəlikli hüceyrələr bir mənada ölümsüzdürlər.
Xərçəng nə üçün ölümcüldür?
Ölümə
yol açan xərçəngin nəticələridir. Daimi dəyişikliyə məruz qalmış
hüceyrələrin məhv etdiyi orqanlar artıq öz funksiyasını yerinə yetirə
bilmir. Qaraciyər xərçəngi zamanı qaraciyər funksiyalarını yerinə yetirə
bilməz. Bədənimizdə təmizləyici vəzifəsi görən qaraciyərin işləməməsi
isə ölümə aparır. Eyni vəziyyət böyrək və ağciyərlər üçün də keçərlidir.
Bir sözlə, xərçəng bizim üçün həyati əhəmiyyətə malik olan orqanları
sıradan çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!