Ürək xəstəliklərindən necə qorunmalı?

Ürək xəstəliklərindən necə qorunmalı?
Xəstəliklər və müalicəsi
10.09.2017 50
Ürək
xəstəliklərindən əziyyət çəkmək istəmirsinizsə, əvvəlcə bu orqana zərər
verən vərdişlərdən uzaqlaşmalısınız. Bundan sonra isə mütəmadi olaraq
həkim müayinəsindən keçməyiniz kifayət edəcək.

 

Aşağıdakı vərdişləri tərgitsəniz, ürək xəstəliklərindən ölüm riski 30-60 faiz azala bilər:

 

Gec oyanıb, gec yemək;

Ac olmadığınız halda yemək;

Yatmazdan öncə yemək;

Qeyri-sağlam qidalanma;

Hərəkətsiz həyat tərzi keçirmək, çox oturmaq;

İdmanla məşğul olmamaq;

Həddən artıq stressə məruz qalmaq;

Kökəlmək;

Həddən artıq spirtli içki içmək;

Siqaret çəkmək;

Ürəkdə heç bir problem olmayanda həkimə getməmək.

 

Həkimlər
bildirir ki, döşdə ağrı və ya yanma hissi olduqda mütləq mütəxəssisə
müraciət etmək lazımdır. Bu ürək xəstəliklərinin ilkin əlaməti ola
bilər. Ağrı və yanğı hissi qollarda, mədənin üstündə, boyunda və çənədə
də hiss edilə bilər. Tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, ürəyin
sürətlə döyünməsi də ürək xəstəliklərinə işarə edə bilər.

 

Özünü
sağlam hiss etsələr belə, qadınlar 40 yaşdan, kişilər isə 50 yaşdan
sonra həkimə müraciət edib ürəklərini müşahidə altında saxlamalıdır. Bu
müayinə sağlam insanlarda iki ildən bir, risk faktoru olanlarda isə hər
il təkrar edilməlidir.

 

Ailədə
ürək xəstəliyindən əziyyət çəkənlər varsa, daha diqqətli olmaq
lazımdır. Belə halda müayinələrə 30 yaşda başlamaq məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!