Bu xəstəliyə tutulan hər yerdə qışqırır, söyüş söyür

Bu xəstəliyə tutulan hər yerdə qışqırır, söyüş söyür
Xəstəliklər və müalicəsi
10.09.2017 30
6 il əvvəl Turet sindromuna tutulan 52 yaşlı Paul Stevenson qəribə davranışa sahib olub.

P.Stevenson bu xəstəliyə yaxın bir dostunun ölümündən sonra tutulub.

Belə
ki, 6 il əvvələ qədər normal həyatı olan P.Stevenson dostunun ölümündən
sonra uzun müddət özünə gələ bilməyib. Daha sonra bu xəstəliyə tutulub.
Qəribə davranışa sahib olan Stevenson tez-tez ən müxtəlif yerlərdə
"bomba var", "kafirlərə ölüm", "zibil" kimi sözlər işlədir.

Bu
xəstəliyə tutulmazdan əvvəl gecə klubunda qapıçı işləyən Paul 6 ildir
iş axtarır. 4 uşaq atası olan bu adam iş axtarmaqdan usanmasa da,
tapmaqla bağlı inamını itirib. Özündə hər hansı işin öhdəsindən gələ
biləcək gücü hiss etmədiyini deyib.

Qeyd
edək ki, Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) -
mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və
çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan
genetik mənşəli pozğunluğudur.

Əvvəllər
Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm
də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz
və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. Lakin bu
simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki
dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün
diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül
formada müşahidə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!