“Tənbəl“ bağırsağın “dirçəliş”i

“Tənbəl“ bağırsağın “dirçəliş”i
Xəstəliklər və müalicəsi
10.09.2017 90
Qəbizlikdən
əziyyət çəkənlər qəbizliyi öz həyatlarının bir parçası kimi qəbul edirlər ,
uzun illər özləri – özlərinə çarə axtarırlar. Bəzi insanlar illərcə işlədici dərmanlar  içib, imalələr edib və digər üsullarla  " müalicə " olunaraq , həkimə müraciət etmirlər.
Beləliklə, vəziyyəti daha da ağırlaşdırırlar.
Qəbizlik
bütün yaş dövrlərində - yenidoğulmuşlardan tutmuş yaşlı insanlara kimi rast gəlinə
bilər.



 QƏBİZLİK NƏDİR ?
 QƏBİZLİK  termini altında bağırsağın boşalma
funksiyasının dayanıqlı və ya gəlib – keçən pozulması nəzərdə tutulur.  Qidanın insan bədənində keçdiyi yola  orta hesabla , 24 – 48 saat sərf olunur.
Xroniki  qəbizliyi olan şəxslərdə isə bu
proses 60 , bəzən 120 saat ( yəni 5 sutka ) davam edir.




 Kliniki praktikada aşağıda sadalanan əlamətlərdən
2 və daha artığının mövcudluğu zamanı qəbizlik məvhumu haqqında düşünmək olar :



Bağırsaq möhtəviyyatının gec – gec xaric olması ( həftədə 3 dəfədən
az ) ;

Defekasiya zamanı nəcisin az miqdarda xaric olması ( 35 qr/ sutka –
dan az ) ;

Xaric olunan nəcisin forma , konsistensiya və sıxlığının dəyişməsi ;

Bağırsağın natamam boşalması hissiyyatı ;

Akt müddətinin 25 % - dən uzun çəkən anorektal obstruksiya hissi

Möhtəviyyatın yumşaq konsistensiyasına baxmayaraq , güclü gücənmələrə
ehtiyac hissi .

QƏBİZLİYƏ SƏBƏB OLAN AMİLLƏR :


Qida rejiminin dəyişməsi ;

Hamiləlik ;

Müəyyən qida məhsullarının  (
çay , kakao və tərkibində bitki lifləri az miqdarda olan qidalar ) istifadəsi
zamanı ;

 Emosional amillər ( stress
,depressiya ) ;

Bəzi dərman preparatlarının  qəbulu
( antidepresantlar , ağrıkəsicilər , hormonal preparatlar);

Mədə - bağırsaq sistemi xəstəlikləri ( xora xəstəliyi , yoğun bağırsağın şişləri  ) ;

Bərkimiş nəcis kütləsinin bağırsaqlarda yığılması ( nəcis daşları ) ;

Anal dəliyin xəstəlikləri  (
anal çat, paraproktit , hemarroy ) ;

Nevroloji xəstəliklər ( Parkinson xəstəliyi , Dağınınq skleroz ,
onurğa beyninin şişləri ) ;

Endokrin sistemin xəstəlikləri ( hipotireoz , şəkərli  diabet , piylənmə ) ;

 Uzun müdətli  depressiya.

QƏBİZLİYİ ARADAN QALDIRMAQ ÜÇÜN 10 QIZIL
QAYDA :



Kifayət qədər maye qəbul edin
! ( 8 – 10 stəkan su ) Tərkibində maqnezium olan mineral sular işlədici təsir
göstərir. Qara çayı yaşıl çay ilə əvəz edin , kofeni isə rasiondan çıxarın !

 Qida rasionuna liflə zəngin qidalar daxil edin
! Məs : kobud undan bişirilmiş çörək ,qarabaşaq, yulaf , quru paxla , mərcimək
kimi yeməklər , salatlar , şorbalar . Qara gavalı , əncir, üzüm , quru ərik
kimi meyvələr xeyirlidir.  Belə qidalar
bağırsaqdakı toksinlərin , maya göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını azaldır.

Tez mənimsənilən qisaları
azaldın ! Rasiondan ağ çörəyi , bulkanı , mannı sıyığını , kartofu , makaronu ,
kiseli , şokalad ,armudu çıxardın !

Qidalanma rejimini dəyişin !
Az – az, tez – tez ( gün ərzində 5 – 6 dəfə ) yeyin !

Aktiv hətəkətlər edin  ! Cəld addımlarla gəzmək , requlyar
gimnastika, üzmək  bağırsaqların hərəkətini
stimulyasiya edir. Ən azı gün ərzində 20 – 30 dəqiqə fiziki aktiv hərəkətlər
edin !  Səhər yeməyinə qədər qarnın ön
divarını  saat əqrəbi istiqamətində dairəvi
masaj edin!

 Səhər yeməyini səhər saat 9: 00 – a qədər  yeyin
!

Səhər yeməyindən sonra gündəlik
" bağırsağı məşq elətdirin " ! Tualetə gedib 10 dəq  oturun. Nəticədən asılı olmayaraq , bu vaxt
boş yerə sərf olunmayacaq. Vaxt keçdikcə siz yoğun bağırsağın eyni vaxtda
boşalmasına nail olacaqsız.

Heç vaxt defekasiya aktını
saxlamayın ! Çağırış olan kimi tez tualete gedion ! Eləcə də çox gücənmədən uaq
olun , bu düz bağırsaq üçün ziyanlıdır .

Qəbul etdiyiniz hər hansı bir
dərmanı diqqətlə öyrənin – qəbizlik onların qəbulunun nəticəsi ola bilər. Həkimlə
məsləhətləşin .

İşlədici dərmanları öz başına
qəbul etməyin , mütləq həkimlə məsləhətləşin . Seçilən dərman sizin üçün
effektli və təhlükəsiz olmalıdır !




 QƏBİZLİYƏ " DIRNAQARASI " BAXMAYIN ! ÇÜNKİ QƏBİZLİK CİDDİ
XƏSTƏLİKLƏRİN İLK VƏ GÖRÜNƏN TƏK ƏLAMƏTİ OLA BİLƏR !
  " QƏBİZLİK HAMIDA VAR ,QORXULU DEYİL " DEMƏYİN , VAXTINDA HƏKİMƏ MÜRACİƏT  EDİN !






Facebook səhifəsi: Metanet Doktor
Telefon və whatsapp: ( 050 ) 581 34 81

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!