Tənbəlliyin öhdəsindən gəlməyin yolları

Tənbəlliyin öhdəsindən gəlməyin yolları
Xəstəliklər və müalicəsi
10.09.2017 11
Görüləcək
işlərin siyahısını tutub və hər ayın əvvəlində artıq daha məhsuldar
olmağa dair özünüzə söz verdiyiniz halda, hələ də tənbəlliyə davam
edirsinizsə, daha yaxşısı tənbəllikdən can qurtarmağın yolları haqqında
olan bu yazını oxuyun.



Həqiqətən tənbəlsiniz ya yorulmusunuz?

Psixolog
Leon F. Seltzer tənbəl sözündən istifadə etməkdən əl çəkmək lazım
olduğunu düşünür. Ən azından bu sözün bir şəxsin şəxsiyyətini təsvir
edəcək formada istifadə edilməməsi lazım olduğunu deyir. Dr. Seltzer’ə
görə insan şəxsi nizam-intizam və ya motivasiya problemi yaşaya bilər.
Əgər biz bunu ümumilikdə tənbəllik olaraq şərh etsək, problemin həllini
tapmağı daha da uzada bilərik.

Əgər
tənbəllik sizin xarakterinizi tam əhatə etmirsə, digər alternativlər
üstündə dayanmalısınız. Bir kağıza həftəlik nə etməli olduqlarınızı yaza
bilərsiniz. Bu məlumatlar sizdə olduqdan sonra, onları aşağıdakı kimi
kateqoriyalaşdıra bilərsiniz:

Şəxsi
intizam: Əgər proqramınızda çox iş varsa, sizin şəxsi intizamla bağlı
problemləriniz ola bilər. Həll olaraq da həyatınızda olan lazımsız
elementləri çıxara bilərsiniz.

Reallıqdan
uzaq tələblər: Əgər proqramınız doludursa və siz bu işləri gördüyünüz
halda, hələ də özünüzdən razı qalmırsınızsa, deməli özünüzü həddindən
artıq çox yükləyirsiniz.

Motivasiya: Əgər
proqramınız qismən doludur, siz isə vaxtınızın çoxunu yataraq və ya
digər fəaliyyətlərlə keçirirsinizsə, motivasiya problemi yaşaya
bilərsiniz. Motivasiya problemi nə edəcəyinizi bilməməklə və ya
depressiya ucbatından meydana gələ bilər.

Göründüyü
kimi tənbəlliyə qalib gəlməyin yolu sizin üçün nəyin əhəmiyyətli
olmağından keçir. Özünüzə bir az vaxt ayırmağınız və zəifliklərinizi
bilməyiniz bu məsələnin həllinin ən önəmli mərhələsini təşkil edir.

İşinizi dəyərli etməyin yollarını axtarın

Müasir
dövrün ən vacib problemlərindən biri də demək olar ki, hər kəsin məşğul
olduğu işə nifrət etməsidir. Əslində isə hər nə qədər ruhunuza uyğun,
mükəmməl işi tapa bilməsəniz də, gördüyünüz işdən zövq almaq da
mümküdür. Bunun üçün sadəcə gördüyünüz işə dəyər verməyiniz lazımdır. Ən
azından bunu öyrənməniz çox vacibdir.

İşinizə
qarşı pis münasibət bəsləməyinizin sizə heç bir yararı olmayacaq. Bunun
əvəzinə aşağıdakı sinifləşdirmə ilə işləyə bilərsiniz:

İşləyərkən
əyləndiyiniz anların ləzzətini çıxarın: Hər işdə işləyən insanın
əyləndiyi, yaxşı vaxt keçirdiyi zamanlar olur. Məhz bu zamanlara diqqət
etmək  və başqalarına da bu haqda bəhs etmək çox yararlı ola bilər.

Zehninizdəki
iş qavrayışını müəyyənləşdirin: İşləməyin dəyərli bir şey olduğu
düşüncəsini zehninizə yerləşdirin. Bunu etdiyinizdə çox böyük fərq hiss
edə biləcəksiniz.

Xobbilərinizi dəyişdirin

Əgər evə gəldiyinizdə etdiyiniz ilk iş divana uzanıb, televizoru açmaq
və digər tərəfdən də Facebook’a girmək olursa, bu lazımsız axşam
vərdişlərinizin olduğu mənasına gəlir. Hər zaman eyni formada həyatınıza
davam edirsinizsə, bu da sizin depressiyaya düşməyinizə səbəb ola bilər
və məhsuldarlığınızı çox aşağı salar. Bunların əvəzinə daha sosial
xobbilər qazana və həyatınızı yaxşı istiqamətdə dəyişə bilərsiniz.

Yaradacağınız
yeni xobbilərin sizin məhsuldarlığınıza fayda verəcək şeylər olmasına
diqqət edin. Məsələn, tənbəlliyinizi üzərinizdən atacaq fəaliyyətlərlə
və yaxud da idmanla məşğul ola bilərsiniz.

Dözümlü olun və nəticələri tezliklə görəcəksiniz. 

Əgər
ciddi davranış dəyişikliyi etmək istəyirsinizsə, dözümlü
olmalısınız. Görüləcək işləri, hədəflərinizi müəyyənləşdirin və onları
bir yerə qeyd edin. Bunları etdikcə də, üzərlərindən xətt çəkin.
İnkişafınızı daima nəzarət altında saxlayın. Bunun sayəsində uğur əldə
edəcəksiniz.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!