Laqeydlik və biganəlik ruhun xərçəngidir

Laqeydlik və biganəlik ruhun xərçəngidir
Xəstəliklər və müalicəsi
10.09.2017 22
1. Əgər oxuduğumuz kitab bizi başımıza vurulan qəfil zərbə kimi sarsıtmırsa, onu niyə oxumalıyıq ki?

2.
Hər kəsin yaşamaq üçün həqiqətə ehtiyacı var. Bu həqiqəti kimdənsə
almaq, onu fərqli yollarla ələ keçirmək mümkün deyil. Bu həqiqət
dayanmadan insanın öz daxilində yaradılmalıdır, əks halda insan məhvə
məhkumdur. Bəlkə də həqiqət məhz həyatın özüdür.

3.
Çevrəmizdəki əzabları bizim də hiss etməyimiz lazımdır. Heç birimizin
ortaq vücudu yoxdur, amma birlikdə böyümək imkanımız var. Buna isə bu və
ya digər şəkildə əzabların içindən keçərək nail ola bilərik. Biz ancaq
yaşadığımız dünyanın bütün əzablarından keçərək inkişaf edirik.

4. Gözəlliyi görmək və duymaq bacarığını qoruyub saxlayanlar heç vaxt qocalmırlar.

5. İnsanın iki əsas günahı var. Bütün digərləri isə bu günahlardan törəyib: səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə cənnətdən qovulublar, tənbəl olduqlarına görə isə ora qayıda bilmirlər. Amma,
bəlkə də bir əsas günahları var, o da səbirsizlik. Səbirsizliyə görə
qovulmuşdular, səbirsizlyə görə də geri qayıda bilmirlər.

6. Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Elə bunun ucbatından da dilənçiyə çevrilirik.

7. Laqeydlik və biganəlik ruhun xərçəngidir.

8. Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.

9.
Bəzən mənə elə gəlir ki, birlikdə yaşamaq yerinə, ölmək üçün xoşbəxt
halda yan-yana uzanacağıq. Lakin hər nə olacaqsa da, sənin yanında
olacaq.

10. Mövcud olan şeyləri çox istəyərək yaradırıq. Mövcud olmayan şeylər isə çox istəmədiklərimizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!