Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova

Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova
Xəstəliklər və müalicəsi
10.09.2017 66
Son zamanlar ən çox müzakirə olunan Qadınlar Niyə Evli Kişilərə Meyllidir mövzusu ətrafında maraq səngimək bilmir. Biz də qadın saytı olaraq bu mövzu ilə bağlı öz sahəsi üzrə kifayət qədər bacarıqlı olan psixoloq Səbinə Bayramovadan qısa bir məqalə istədik. Məqaləni olduğu kimi sizə təqdim edirik. Bu haqda fikirlərinizi oxuduqdan sonra mütləq yazın, psixoloqumuz da bu müzakirələrə qoşulub sizlərlə fikir ayrılığı edəcəkdir:
[/b]


İnsan psixologiyası çox mürəkkəbdir.
Cinsi mənsubluğuna görə isə Qadın və Kişi psixologiyası bir – birindən tamamilə
fərqlənir. Cəmiyyətimizdə qapalı saxlanılan bir sıra mövzular vardır ki,
onların açılıb – ağardılması, müzakirə obyektinə çevrilməsi, təhlil edilməsi cəmiyətimiz
tərəfindən çox zaman mentalitetimizə zidd olaraq qəbul edilir. Çox müzakirə
olunan mövzulardan biri də Qadın – Kişi münasibətləri üzərində qurulan müzakirələrdir.
Qadın – Evli Kişi başlığı altında olan mövzuya isə psixoloji tərəfdən toxunsaq,
bir neçə nüansa diqqət yetirmək və təkamül prosesinə nəzər salmaq lazımdır. Məsələn,
eramızdan əvvəl qədim dövrlərdə kişilər arasında "ovçuluğu” bacaran, "ovlayıb gətirən”
kişi, güclü kişi hesab olunurdu və həmin kişilərin ailəsini ac saxlamayacağına
inanılırdı. Atası və ya yoldaşı ovlmağı bacarmayanlar isə ac qalırdı. Bu təkamül
prosesi şüuraltı olaraq, bu günkü günümüzə də öz təsirini göstərir, yəni müasir
dövrümüzə görə mənəvi dəyərlərdən əlavə olaraq, qadınlara görə, dünyaya gələcək
övladı üçün ideal ata, övladının maddi ehtiyaclarını ödəyə bilən, işləyən
qazanıb gətirən kişidir. Həyat yoldaşı ilə ayrılan qadının övladına seçəcəyi
ata tipi də məhz maddi və mənəvi qayğıların üstəsindən gələ bilən atadır ki, bu
bacarığı, bu gücü də yalnız evli kişilərdə tapa bilirlər. Çünki qadınlara görə,
o kişi həyatda nələrsə edib bu statusu qazanıb və evlənib. Bu zaman qadınlar
seçdiyi o evli kişinin "məşuqəsi” olacağını düşünmədən addım atır və ona elə gəlir
ki, o (qadın) da onun olacaq.




Digər bir nüans olaraq, qadınların
daha erkən yaşına nəzər salmaq lazımdır. Məsələn, 13 yaşlı bir qız uşağının
atasından ayrılması və ya atası tərəfindən aldığı travma ilə böyüməsi onu daim
ata qayğısına ehtiyac içində qoyur və o, gələcəkdə həmin qayğını həyatına
yoldaş seçəcəyi şəxsdə axtarmağa başlayır. Təbii ki, evli kişilərdə bu qayğını
göstərə bilmə qabiliyyəti subay kişilərə nisbətən yüksək olur və bu da travmalı
qızın həmin evli şəxsə düşünmədən sevgisini artırır.
Bəzən də ailələrdə məktəbli qıza təhsilində
irəli getməsi barədə deyil də, "toyunu görək” və s. kimi ifadələr işlədirlər.
Bu da inkişafda olan məktəbli qızın psixologiyasına, düşüncəsinə mənfi təsirini
göstərə bilir.




Daha sonra başqa bir nüansa diqqət
yetirək, məsələn, gənc bir qız həyatında ilk sevib – sevildiyi şəxsdən gözləmədiyi
dəhşətli bir xəyanətin qurbanı olur və bunu həzm edə bilmədiyi üçün travmalı vəziyyətdə
"mən xəyanətin qurbanı oldum, qoy başqası da qurban olsun” fikri ilə öz
yaşadıqlarını başqa qadınlara proeksiya edir yəni onların üzərinə köçürür,
başqa qadınların da onun yaşadığını yaşamasını istəyir. Və təbii ki, bu artıq
psixoloji travma almış qadında özündən asılı olmadan yaranan köçürmə istəyidir.
Bu isə həmin qadını gələcəkdə daha böyük problemlərlə üzbəüz qoya bilər.




Nadir hallarda rast gəlinir ki, bu
cür xəyanətin qurbanı olan gənc xanımlar özlərində subay kişilərə qarşı, sevgiyə
qarşı qadağa qoyurlar.
Əlbəttə ki, hər kəsdə eyni deyil,
bunlar ümumi yanaşmalardır, qadın psixologiyasına kompleks yanaşmaq və hər bir
qadına isə fərdi yanaşmaq lazımdır.
Bu kimi problemlərin yaranmasına zəmin
yaratmamaq üçün valideynlərin, xüsusilə də qız ata-analarının üzərinə böyük məsuliyyət
düşür. Eyni zamanda təhsil müəssisələrində də bu mövzularda maarifləndirmə
saatları ayrılmalıdır. Lakin artıq bu problemin içində olan qadınların mütləq
psixoloq dəstəyinə ehtiyacı vardır. Çünki bizim kimi konservativ qapalı cəmiyyətdə
bu kimi problemlərin içində olan qadın daim qınaq obyektinə çevrilir və aldığı
travmadan əlavə üstəgəl bu da onun psixologiyasına mənfi təsir edir və yeni
travmalara yol açır. Bu səbəbdən dolayı sonradan yaranmış fəsadları aradan
qaldırmaq üçün psixoloq köməyinə müraciət etməsi məsləhətlidir.
[b]



Xüsusi olaraq Qadınlar.Biz saytı üçün,
Hörmətlə, 
Psixoloq Sabina Bayramova
 
DİQQƏT: Psixoloqumuz ilə şəxsi mesajlaşmaq istəyən xanımlarımız əvvəlcə daha rahat olan facebook profili vasitəsi ilə yaxud da  saytımızda şəxsi ismarıc yazaraq danışa bilərlər. 



Psixoloq Səbinə Bayramovanın Facebook Profili - BURA KLİKLƏ


 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!