Dolixosiqma

Dolixosiqma
Xəstəliklər və müalicəsi
10.09.2017 159
Yoğun bağırsağın siqmavari hissәsinin anormal uzun olması dolixosigma adlanır.Bu patologiya anadangəlmə və gazanılmış olmaqla iki yere bölünür.

Əsas şikayətləri qəbzlik, köpmə və qarında ağrılar olur.

Bəzən isə heç bir şikayət olmur,profilaktik müayinə və ya digәr xәstәliklә bağlı olan müayinә zamanı tәsadüfәn aşkar edilir.Dolixosiqma zamanı siqmaravı bağırsaqda 2¬3 artıq ilgәk olur.

Qazanılmış dolixosiqma özünü yalnız 45-¬50 yaşdan sonra göstərir.Əsasən azhәrәkәtli hәyat sürәn, oturaq işdә

işlәyәn vә әt vә karbohidratlarla zәngin olan qidalardan cox istifadә edәn insanlarda qeyd olunur.

Dolixosiqmanın yaranmasının risk faktorları: irsiyyәt, hamilәlik zamanı ana orqanizminә olan mәnfi tәsirlәr (fiziki, ekoloji vә s.), gәlәcәk ananın keçirdiyi infeksion xәstәliklәr, bәzi dәrman preparatların qәbulu qeyd olunur.



Dolixosiqmanın әsas simptomu xroniki qәbizlikdir. Әksәr hallarda qәbizlik uşaqlarda 6 ayından sonra uşaq süni qidalanmaya keçdikdә vә ya әlavә qidaları (sıyıq, meyvә¬tәrәvәz vә s.) almağa başladıqda özünü büruzә vermәyә başlayır. Әvvәl qәbizlik vaxtaşırı olur, daha sonra qәbizlik daha tez¬-tez tәkrarlanmağa başlayır vә daha uzunsürәn olur. Nәcis kütlәsi çox böyük, üfunәtli olur, bәrk nәcis bağırsağın divarını zәdәlәyir vә nәticәdә nәcis kütlәsindә qan izlәri olur. Xroniki qәbizlik fonunda nәcis daşları әmәlә gәlir, nәcis autointoksikasiyası (zәhәrlәnmә) meydana çıxır.

Dolixosiqmanın әn ağır fәsadı bağırsaq keçirmәzliyidir. Bu pozulma insanın hәyatı üçün ciddi tәhlükә yaradır vә yalnız cәrrahi yolu ilә müalicә olunur.



Bu patalogiya irrigoskopik müayinədə aşkar edilir.

Belə xəstələrə qida rejiminin düzgün qurulması, gəbzlik əleyhinə işlədilən preparatlar təyin edilir.

Lakin bәzi hallarda konservativ müalicә heç bir effekt vermir, xәstәdә pozulmalar vә fәsadlar artır vә bu zaman dolixosiqma cәrrahi yolu ilә müalicә olunur.





Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!