Xəstəliklərdən niyə qorunmuruq?

Xəstəliklərdən niyə qorunmuruq?
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Hazırkı
dövrdə viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə
edilməlidir. Ancaq Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə
marağı yoxdur. 



Azərbaycanın
baş epidemioloqu İbadulla Ağayev deyib: "Problem ondadır ki,
maskalardan istifadə edilmir. Bizdə küçəyə maska ilə çıxmağa utanırlar.
Bununla bağlı insanlarda stereotip var". 



Hazırda
ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş
epidemioloq qeyd edib ki, ölkədə indiyədək H1N1 virusu qeydə alınmayıb. 



Onun sözlərinə görə, hazırda epidemioloji baxımdan ölkə ərazisində insanlar üçün təhlükə yarada biləcək vəziyyət yoxdur. 



Qeyd
edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu il dövr edən viruslar
arasında mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil
edib.



H3N2-nin
də mövsümi qriplərdən biri olduğunu deyən İ.Ağayev əlavə edib ki, bütün
qrip növlərinin, eləcə də "donuz qripi", "quş qripi"nin əlamətləri
eynidir: "Onların sadəcə olaraq, ağırlıq dərəcəsi fərqlənir. Xəstəliyin
ağırlıq dərəcəsi də insanın özündən asılı olan bir haldır. Sağlamlığını
qoruyan şəxs qripə yoluxmur. Bədbəxtlik ondadır ki, bizim əhalinin 90
faizi özünü müalicə ilə məşğuldur. Əslində, xəstələnən şəxs mütləq
təcrid olunmalıdır, amma bizdə olunmur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!