AŞAĞI və YUXARI təzyiq nə deməkdir?

AŞAĞI və YUXARI təzyiq nə deməkdir?
Xəstəliklər və müalicəsi
10.09.2017 67
Adi
insanlar arterial təzyiqinin göstəricilərinə "aşağı" və "yuxarı" təzyqi
deyirlər. Əgər, misal üçün, təzyiq 120/80-dirsə, 120 - "yuxarı", 80 -
"aşağı" təzyiqdir. 



Tibdə
"yuxarı" təzyiq "sistolik təzyiq", "aşağı" təzyiq "diastolik təzyiq"
adlandırılır. Sistolik təzyiq ürək əzələsinin maksimal yığılması (buna
"sistola" deyilir) zamanı inkişaf edir. Bu zaman qan ürəkdən təzyiqlə
damarlara atılır. Sistolik təzyiqin normal göstəriciləri - 100-140 c.st.
sayılır. 



Qanı
damarlara atdıqdan sonra ürək "dincəlir" (buna "diastola" deyilir).
Aortanın qapağı bağlanır və ürək növbəti yığılma üçün qanla dolur. Bu
zaman qan damarlarda passiv şəkildə hərəkət edir - bu diastolik
təzyiqdir. Diastolik təzyiqin normal göstəriciləri 60-90 mm.c.st.
sayılır. 



Ürək qanla dolanda yenə yığılır, qanı damarlara atır və s. 



"Təzyiq
qalxdı" deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar.
Məhz sistolik təzyiqin qalxması (xüsusilə bu hal xroniki xarakter
alıbsa) insanın sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən sistolik
("yuxarı") təzyiqin tez-tez qalxması yaxşı göstərici sayılmır. Belə
problemlə üzləşən insan mütləq həkimə müraciət etməlidir. 



Yüksək
təzyiq bir çox təhlükəli xəstəliklərin inkişafına təkan verə bilər.
Yüksək təzyiq zamanı damarların divarları həddən artıq yüklənir ki, bu
damarların partlamasına və nəticədə qanaxmaya səbəb ola bilər. Əgər
ürəkdə və ya beyində olan damar partlayarsa, bu infarkt və insult kimi
ağır pozulmalara səbəb olacaq. Digər tərəfdən arterial hipertenziya ürək
əzələsinin daha tez qocalmasına, üzülməsinə səbəb olur. 



Diastolik
təzyiq əksər hallarda hətta kriz zamanı çox yüksək qalxmır. Diastolik
təzyiqin daim normadan yüksək olması insanda uzun müddət ərzində
hipertoniya xəstəliyinin olmasından xəbər verir. 



Hətta
sağlam insanın təzyiqi gün ərzində dəyişilir - səhər daha aşağı olur,
günorta qalxır və axşama yaxın öz zirvə nöqtəsinə çatır. Bu səbəbdən
təzyiqi hər gün eyni vaxtda ölçmək lazımdır (məsələn, günorta və ya
axşam).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!