Obturator kanalı yırtığı

Obturator kanalı yırtığı
Xəstəliklər və müalicəsi
10.09.2017 58
Obturator kanalı os ischium ilə os pubis arasındakı birləşmə nəticəsində yaranır. Bu kanalı örtən membranın medial və superior divarından obturator sinir və damarları keçir. Obturator membranın zəifləməsi bu kanalın böyüməsinə və yırtıq kisəsinin formalaşmasına səbəb olur ki, bu da kanal daxilində bağırsağın keçməsinə, boğulması və stranqulyasiyasına gətirib çıxara blər.

Obturator yırtığı adətən arıq 60-80 yaşlı qadınlarda daha çox müşahidə edilir.

Obturator kanalı yırtığı olan xəstələr adətən budun anteromedial aspektində ağrıdan şikayətlənir. Bu ağrı hissi obturator sinirinin yırtıq kisəsi ilə qasıq sümüyünə sıxılması səbəbindən əmələ gəlir və Hovşip-Romberq əlaməti adlanır. Ağrı adətən bud-çanaq oyanağında budun bükülməsi nəticəsində azalır, lakin budun açılmasında ağrı artır.

Bəzi xəstələrdə qarının aşağı nayihəsində kəskin ağrı və gərginlik müəyyən edilə bilər. Bir çox xəstədə budun medial nayihəsində ağrı və həmçinin bağırsağın boğulması nəticəsində bağırsaq möhtəviyyatının ətrafa sızması (ekstravazasiyası) və bu mayenin femoral kanala keçməsi nəticəsində bud üçbucağında ağrı və göyərmə müşahidə edilə bilər.

Obturator yırtığı ilə daxil olan xəstələrin təxminən 50%-ində tam və ya hissəvi bağırsaq obstruksiyası müəyyən edilir. Abdominal KT diaqnozun təsdiqlənməsi üçün ən yaxşı görüntüləmə metodu hesab edilir.



Cərrahi müdaxilə.

Kəskin qarın simptomları, peritonit əlamətləri ilə daxil olan xəstələrdə təcili laparotomiya və ya laparoskopiyanın aparılması xüsusi əhəmiyyət kəsb edir. Obturator yırtıqlarında qasıq kanalı vasitəsilə cərrahi çıxışın əldə edilməsi münasib hesab edilmir. Obturator yırtıqlarında laparotomiyanın aparılması yeganə qəbul edilən cərrahi yanaşmadır.

Kanalın vizualizasiyasından sonra yırtıq kisəsi və onun tərkibi qarın boşluğuna qaytarılır, preperiton piy toxuması da obturator kanaldan xaric edilir. Obturator foramen (deşiyi) protez meşlə bərpa olunur və bu zaman obturator siniri və damarların zədələnməməsi üçün müvafiq tədbirlər görülür.

İntraoperativ müayinədə bağırsağın işemiyası müəyyən edildikdə və boğulmuş seqmentin sağlığı sual altında olduqda, onun rezeksiyası və uc-uca anastomozun yaradılması tələb oluna bilər.

İri obturator yırtıqlarının bərpasından sonra müəyyən edilən böyük ölçülü defekt ya protez meşlə, aponevrozla, əzələ ilə və ya periton qatı ilə bağlana bilər.



Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!