Öd daşı xəstəliyinin cərrahi üsulla müalicəsi

Öd daşı xəstəliyinin cərrahi üsulla müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Öd daşı xəstəliyi konservativ (dərmanların köməyilə) və cərrahi üsullarla müalicə olunur.

Hər bir halda müalicə taktikası xəstənin vəziyyindən, yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, ağırlaşmaların olub-olmadığından və s. səbəblərdən asılı olaraq müalicə həkimi tərəfindən seçilir.

Öd daşı xəstəliyinin cərrahi müalicəsi hal hazırda daha tez-tez laparoskopik üsulla həyata keçirilir. Öd kisəsinin xaric edilməsi əməliyyatı "xolisistektomiya" adlandırılır.

Ümumi narkozun altında qarın boşluğunun divarında uzunluğu 0,5-2 sm olan 3-4 kəsik aparılır. Qarın boşluğu xüsusi qaz qarışığı ilə doldurulur ki, əməliyyat sahəsi daha aydın görünsün.

Daha sonra qarın boşluğuna kiçik videokamerası və işıq mənbəyi olan laparoskop cihazı yeridilir. Bu videokamera qarın boşluğunda olan görünüşü monitoruna göndərir. Cərrahlar əməliyyatı monitora baxaraq aparırlar.

Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.

Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar bağlanır. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 40-60 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 2-3 gün ərzində xəstəxanada qalmalıdır.



Laparoskopik əməliyytlar qoruyucu sayılır. Bu səbəbdən mümkün olduqda cərrahlar məhz bu üsuldan istifadə edirlər. Məsələ burasındadır ki, kiçik kəsiklər əməliyyatdan sonra mümkün olan ağırlaşmaların (infeksiyalaşma, qanaxma, bitişmələrin, yırtıqların əmələ gəlməsi və s.) riskini və əməliyyatdan sonra xəstədə olan ağrıları minimuma azaldır, bağırsaqların funksiyası daha tez bərpa olunur, xəstə daha qısa müddət ərzində adi həyata qayıdır. Lakin bəzən öd daşı xəstəliyi zamanı laparoskopik əməliyyatın tətbiq edilməsi müxtəlif səbəblərə görə (ağır ürək və ağ ciyər xəstəlikləri, hamiləliyin axırıncı 3 ayı və s.) mümkünsüz olur.

Bəzən xəstələr cərrahlara belə sual verirlər: daşları çıxarıb öd kisəsini saxlamaq mümkündürmü? Cərrahlar cavab verir: mümkündür, lakin düzgün deyil. Niyə? Əməliyyatdan bir müddətdən sonra daşlar yenidən əmələ gələcək. Məsələ burasındadır ki, daşları əmələ gətirən faktorlar dəyişilmədən qalır, öd kisəsi infeksiya mənbəyi kimi orqanizmdə qalır, bundan əlavə əməliyyatdan sonra öd kisəsində bitişmələr əmələ gəlir ki, nəticədə onun fəaliyyəti daha da pozulur.





Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!